Mobil versiya
Xocalı soyqırımı ilə əlaqədar Bakıda yürüş keçiriləcək
Tarix: 22-02-2017 | Saat: 12:16
Bölmə:Gündəm / Karusel | çapa göndər

Xocalı soyqırımı ilə əlaqədar Bakıda yürüş keçiriləcək

"Xocalı soyqırımının günahkarları arasında biz də varıq. Çünki bizim yaddaşımız çox zəifdir. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlar 1988-ci ildən deyil, XX əsrin əvvələrindən başlayıb”.
Bunu hərbi prokuror Xanlar Vəliyev Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan elmi-praktik konfransda deyib. X.Vəliyev xatırladıb ki, Gəncə Şəhər Prokurorluğunda işlədiyi vaxtlarda ermənilərlə bağlı cinayət işlərini özü aparıb: "Onların bütün cinayətlərinə mən baxırdım və sona çatdırırdım".

Onun sözlərinə görə, Azərbaycan xalqı bundan sonra torpaq itirmək fikrində deyil: "Millət artıq ayılıb, müstəqil dövlətik. Xocalıda baş verənləri hər kəs bilir. Ümid edirik ki, tezliklə bu işlər Beynəlxalq Hərbi Tribunalda dinləniləcək. Əvvəllər istintaq düzgün aparılmırdı. Xocalı faciəsi ilə bağlı iş 2005-ci ildən icraatımızdadır. Bu məqsədlə xüsusi İstintaq şöbəsi yaradılıb. Çox dəhşətli hadisələr ortaya çıxıb”.

X.Vəliyev bildirib ki, ölkə ərazisinin işğalı nəticəsində milyardlarla ziyan dəyib: "Ekspertərlə qiymətləndirmə işləri aparırıq. Biz o zaman torpaqlarımızı alacağıq ki, yalnız torpaq haqqında düşünəcəyik. Azərbaycanda 26 fevral Xocalı soyqırımı, 31 mart qırğını keçdikdən sonra hamı unudur. Bunu yalnız təqvimlə xatırlamaq doğru deyil. Torpaqlarımızı azad etmək üçün nəyə gücümüz çatır, etməliyik, təbliğat aparılmalıdır. Bir məsələ var, haqq güc olsa da, güclü olar. Biz də torpaqlarımızı azad edəcəyik.Bu gün Azərbaycanın yetərincə gücü var. Bəzi xarici ölkələr imkan versə, torpaqlarımızı azad edə bilərik. Bu problemi bizdən sonrakı nəslin boynuna qoymaq haqqımız yoxdur”.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə fevralın 26-da "Ana fəryadı” abidəsi önünə yürüş ediləcək: "Bununla bağlı tapşırıqlar verilib. Bütün dövlət müəssisələri bu yürüşdə iştirak edəcək”.(Report)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024