Mobil versiya
"Mehriban Əliyeva Birinci vitse-prezident postunda xalqımız..."
Tarix: 22-02-2017 | Saat: 11:38
Bölmə:Siyasət / Manşet | çapa göndər

"Mehriban Əliyeva Birinci vitse-prezident postunda xalqımız..."

Mehriban Əliyeva Birinci vitse-prezident postunda xalqımız və dövlətimiz üçün daha böyük işlər görəcək.

AİA.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Ziyafət Əsgərov Mehriban xanım Əliyevanın Azərbaycan xalqı üçün çox böyük işlər gördüyünü qeyd edib:

"Ötən gün Təhlükəsizlik Şurasının iclasında cənab Prezident İlham Əliyev də bu işlərin bir qismi haqqında öz fikirlərini söylədi. Hesab edirəm ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident postunda, bu yüksək vəzifədə xalqımız və dövlətimiz üçün daha böyük işlər görəcək. Mehriban Əliyevanın fəaliyyəti göz qabağındadır, o, həm regionda, həm də dünya səviyyəsində tanınmış, nüfuzlu şəxsdir, Azərbaycana nüfuz gətirən, başucalığı gətirən bir insandır. Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, millət vəkili kimi iş keyfiyyətləri hamıya məlumdur".

Birinci vitse-spiker vurğulayıb ki, yeni postda Mehriban Əliyevanın imkanları daha geniş olacaq:

"Hesab edirəm ki, Mehriban xanım Əliyeva icra sistemində, idarəetmə sisteminin möhkəmləndirilməsi işində daha da əzmlə çalışacaq".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024