Mobil versiya
“Mehriban xanım Nazirlər Kabinetinin yükünü üzərinə götürmüşdü”
Tarix: 21-02-2017 | Saat: 15:47
Bölmə:Siyasət / Karusel | çapa göndər

“Mehriban xanım Nazirlər Kabinetinin yükünü üzərinə götürmüşdü”

"Mehriban xanımın birinci vitse-prezident təyin olunması sosial sifariş olduğundan gözlənilən idi. Azərbaycan prezidenti öz qərarlarında və seçimlərində hər zaman dövlətin, millətin gələcəyini, çıxarlarını düşünür. Bu baxımdan, Mehriban xanım Əliyevaının bu posta təyinatından məmnunam”.
Bu sözləri Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov söyləyib. Onun sözlərinə görə, ölkə rəhbərinin bu təyinatı həm də sadə insanların ürəyincə olub:
"Mehriban xanım, sadə insanların ümid yeri olub. Mən deyərdim ki, o, əksər vaxtlar nazirlər Kabinetinin işini üzərinə götürüb. Bəzən hansısa probleminə görə, aidiyyatı qurumlar qapısında qalan insan öz köməkliyini ondan görüb. O, birinci vitse-prezident kimi görəcəyi işləri indiyədək də görürdü. Sadəcə onun bu statusunu Cənab Prezident rəsmiləşdirdi”.
c3

Cavid Qurbanovun sözlərinə görə, Mehriban Əliyevanın fəaliyyəti təkçə ölkə hüdudları ilə məhdudlaşmayıb:
"O, Azərbaycanın, Qarabağın həqiqətlərini dünya çapına çıxardı. Mədəniyyətimizin, musiqimizin təbliği ilə Azərbaycanı dünyada tanıtdı. Məhz Heydər Əliyev Fonduunun fəaliyyəti nəticəsində dünyada "Xocalıya ədalət” anlayışı formalaşdı”.
Cavid Qurbanov Mehriban Əliyevanın qanunverici orqandakı fəaliyyətinin də cəlbedici olduğunu deyib:"Onun təşəbbüsü ilə Azərbaycanda bir neçə dəfə amnistiya aktı həyata keçirilib. On minlərlə insan həbsxanadan ailəsinə qovuşub. Azərbaycanın qanunvericilk bazasının formalaşmasında özünün tövhəsini verib. Bu baxımdan hesab edirəm ki, bu təyinat milli və dövlətçilik maraqlarımız baxımından mühüm əhəmiyyət kəsb edir. Biz yaxın zamanlarda bunun ölkə həyatında müsbət nəticəsini də görəcəyik”.(Gununsesi.info)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024