Laçın – MDB-nin mədəniyyət paytaxtı
Tarix: 13-10-2025 | Saat: 11:14
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyevin Düşənbə səfəri: strateji əməkdaşlığın və regional inteqrasiyanın yenib mərhələsi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il oktyabrın 9-da Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfəri mühüm siyasi, iqtisadi və humanitar əhəmiyyət kəsb edir. Bu səfər Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclası çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əlamətdar hadisə oldu.
Prezident İlham Əliyev Düşənbədəki “Millət” sarayında keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etdi. Tacikistan Prezidenti Emoməli Rəhmon dövlətimizin başçısını səmimi qarşılayaraq onu rəsmi mərasimlə qarşıladı. Görüş zamanı iki ölkə arasında siyasi dialoqun, iqtisadi və humanitar əməkdaşlığın dinamik inkişafı xüsusi vurğulandı.
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Tacikistan Prezidenti Emoməli Rəhmon arasında baş tutan təkbətək görüşdə qarşılıqlı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olundu. Prezidentlər həm ikitərəfli əlaqələrin, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdilər.
MDB Dövlət Başçıları Şurasının iclasının regional təhlükəsizlik, iqtisadi inteqrasiya, humanitar əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafı baxımından mühüm platforma olduğu diqqətə çatdırıldı.
Prezident İlham Əliyevin səfəri həm də Azərbaycanın regionda artan iqtisadi və nəqliyyat rolunu bir daha nümayiş etdirdi. Vətən müharibəsindən sonra ölkəmizin nəqliyyat-logistika imkanları əhəmiyyətli dərəcədə genişlənib, Zəngəzur dəhlizi ideyası isə artıq qlobal səviyyədə strateji layihəyə çevrilib.
Zəngəzur dəhlizinin reallaşması ilə Azərbaycan Şərqlə Qərb arasında əsas tranzit mərkəzə çevrilməkdədir. Bu dəhliz həm Orta Dəhliz, həm də Şimal–Cənub nəqliyyat marşrutları üçün mühüm arteriya rolunu oynayacaq. Prezident İlham Əliyevin Qəbələ Zirvə Görüşündə də qeyd etdiyi kimi, Zəngəzur dəhlizi regionda yeni nəqliyyat xəritəsinin formalaşmasında həlledici əhəmiyyətə malikdir.
Bu gün Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstan və Özbəkistanla Azərbaycanın əməkdaşlığı məhz bu dəhliz üzərindən yeni strateji məzmun kəsb edir. Azərbaycanın nəqliyyat-logistika infrastrukturu həm regional, həm də beynəlxalq ticarətin inkişafına böyük töhfə verir, Avropa ilə Asiya arasında ən qısa və təhlükəsiz yol kimi tanınır.
Laçın – MDB-nin mədəniyyət paytaxtı
MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü il 8 oktyabr tarixli qərarı ilə Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunması xüsusi simvolik və siyasi məna daşıyır. Bu qərar Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və dirçəliş proseslərinə beynəlxalq dəstəyin bariz göstəricisidir.
Laçının “MDB-nin mədəniyyət paytaxtı” seçilməsi həm də Şərqi Zəngəzurun sosial-mədəni və iqtisadi dirçəlişinə yeni nəfəs verəcək, Azərbaycanın mədəni irsinin dünyada təbliği üçün əlavə imkanlar yaradacaq.
Oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında Prezident İlham Əliyev də iştirak etdi. Tədbirdə Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, MDB Baş katibi Sergey Lebedev və digər nümayəndələr çıxış etdilər. İclasda bir sıra mühüm sənədlər imzalandı, humanitar əməkdaşlığın dərinləşdirilməsinə dair qərarlar qəbul edildi.
Tədbirin sonunda Tacikistan Prezidenti Emoməli Rəhmona “Humanitar əməkdaşlığın inkişafında xidmətlərə görə” medalı təqdim olundu. Bu, MDB məkanında humanitar və mədəni inteqrasiyanın daha da gücləndirilməsinə verilən əhəmiyyətin təzahürüdür.
Prezident İlham Əliyevin Düşənbə səfəri Azərbaycan diplomatiyasının uğurlu və çoxşaxəli xarakterini bir daha nümayiş etdirdi. Bu səfər təkcə Azərbaycan–Tacikistan əlaqələrinin deyil, bütövlükdə MDB məkanında əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərdi.
Azərbaycanın təşəbbüsləri regional inteqrasiyanın və beynəlxalq nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi isə Azərbaycanın bərpa olunmuş torpaqlarında həyatın, mədəniyyətin və humanizmin təntənəsini ifadə edir.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-10-2025