Türk birliyinin gələcəyə yönəlmiş strateji yol xəritəsi
Tarix: 09-10-2025 | Saat: 10:45
Bölmə:Siyasət | çapa göndər

Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən Zirvə görüşündə cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın bu birliyin mərkəzindəki strateji mövqeyini və gələcəyə yönəlmiş baxışını bütün dünyaya nümayiş etdirdi. Bu çıxış, bir əsr əvvəlki Türkoloji Qurultayın ideallarından müasir dövrün qlobal siyasi gücünə çevrilən Türk birliyinin manifesti kimi tarixə düşdü. Cənab Prezident TDT-nin artıq beynəlxalq miqyasda ciddi geosiyasi mərkəzə çevrildiyini bəyan edərək bu prosesin əsas səbəblərini diqqətə çatdırdı. O vurğuladı: “Bu gün Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, mühüm geosiyasi mərkəzlərdən birinə çevrilir.” Dövlət başçısının 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etməsi isə təhlükəsizlik məsələlərinin təşkilatın prioritet istiqamətlərindən birinə çevrildiyini göstərdi.Cənab Prezident İlham Əliyevin çıxışında Azərbaycanın 2020-ci il Qarabağ Zəfəri və tam suverenliyinin bərpası xüsusi yer aldı. O, bu tarixi qələbənin davamı olaraq, ədalətli sülhün təmin edilməsinin regionun gələcəyi üçün həlledici əhəmiyyət daşıdığını qeyd etdi: “İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirəcək.” Bu fikirlər bölgənin gələcək inkişafının müharibə yox, iqtisadi əməkdaşlıq və qarşılıqlı əlaqələr üzərində qurulacağına inamı ifadə edirdi.Cənab Prezidentin çıxışında Zəngəzur dəhlizi xüsusi strateji mövqe kimi ön plana çəkildi. “Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal–Cənub istiqamətində yeni nəqliyyat arteriyası və alternativ marşrut kimi mühüm əhəmiyyət daşıyır,” – deyən dövlət başçısı bu layihənin Türk dünyasını birləşdirən əsas qovşağa çevriləcəyini bildirdi. Prezident həmçinin qeyd etdi ki, bu nəqliyyat əlaqələri 20 milyard dollarlıq investisiya və birgə sərmayə fondları ilə dəstəklənir. Cənab Prezident İlham Əliyevin çıxışı yalnız siyasi və iqtisadi məsələləri deyil, həm də gələcəyə yönəlmiş mənəvi və ekoloji dəyərləri əhatə etdi. O, Azərbaycanın yaşıl enerji sahəsindəki hədəflərini açıqlayaraq vurğuladı: “2030-cu ilə qədər enerji istehsalımızın 40 faizi bərpaolunan enerji mənbələri hesabına təmin ediləcək.” Bununla yanaşı, Prezident tarixi irsə və milli yaddaşa hörmət nümunəsi olaraq 1926-cı il Türkoloji Qurultayının 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunmasını təklif etdi. Nitqin sonunda dövlət başçısı Türk dünyasındakı sarsılmaz qardaşlıq münasibətlərinə xüsusi vurğu etdi. O, Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək verən bütün qardaş ölkələrə minnətdarlığını bildirərək dedi: “Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.” Beləliklə, Qəbələ Zirvəsi təkcə siyasi toplantı deyil, Türk Dövlətləri Təşkilatının gələcək vizionunu və qardaş xalqlar arasında sarsılmaz birliyi təsdiqləyən tarixi hadisə kimi yadda qaldı. Cənab Prezident İlham Əliyevin çıxışı isə Türk birliyinin gələcəyə yönəlmiş strateji yol xəritəsini müəyyənləşdirən mühüm siyasi bəyanata çevrildi.
Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatının mühasibi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-10-2025