Birliyə, Gücə, Gələcəyə Doğru: Qəbələ Zirvəsinin Tarixi İzi - DEPUTAT
Tarix: 09-10-2025 | Saat: 09:37
Bölmə:Manşet / Siyasət | çapa göndər

Oktyabr ayının 7-də Azərbaycanın qədim şəhəri Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 12-ci Zirvə görüşü keçirilib. Bu Zirvə Görüşü sadəcə bir beynəlxalq toplantı deyildi — bu, Türk dünyasının birliyini, gücünü və ortaq məqsədlər uğrunda səfərbərliyini nümayiş etdirən tarixi hadisə idi. Qəbələ bu dəfə təkcə Azərbaycanın gözəl guşəsi kimi deyil, həm də Türk coğrafiyasının qəlbi, milli həmrəyliyin rəmzi kimi yadda qaldı. Bu baxımdan xüsusilə qeyd etmək lazımdır ki, XXI əsrin qlobal mənzərəsi sürətlə dəyişən geosiyasi proseslər, yeni güc mərkəzlərinin formalaşması və regional inteqrasiya təşəbbüslərinin artması ilə xarakterizə olunur. Belə bir dövrdə Türk Dövlətləri Təşkilatı (TDT) tarixi, mədəni və mənəvi köklər üzərində qurulmuş, eyni zamanda, üzv dövlətlər arasında siyasi dialoqu, iqtisadi inteqrasiyanı və təhlükəsizlik əməkdaşlığını gücləndirən mühüm beynəlxalq birlik kimi öz mövqeyini möhkəmləndirir. TDT-nin fəaliyyəti türk dünyasının birliyini və qlobal miqyasda nüfuzunu daha da artırmaq məqsədinə xidmət edir.
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, qlobal geosiyasi mərkəzə çevrilib. Türk dünyasını birləşdirən ortaq tarix, mədəniyyət və milli-mənəvi dəyərlər bu birliyin əsas dayaqlarıdır. Azərbaycan isə bu strateji xətt üzrə ardıcıl və məqsədyönlü addımlar atır. Dövlətimizin TDT Katibliyinə 2 milyon ABŞ dolları məbləğində ianə ayırması, Ağsaqqallar Şurasına dəstək göstərməsi və ümumilikdə təşkilata üzv dövlətlərə 20 milyon dollarlıq sərmayə yatırması Azərbaycanın həm siyasi, həm də iqtisadi baxımdan təşkilatın güclənməsinə verdiyi mühüm töhfənin göstəricisidir.
Ən mühüm məqamlardan biri isə Prezident İlham Əliyevin Türk Dövlətləri arasında birgə hərbi təlimlərin keçirilməsi təklifi oldu. Dövlət başçısının bu çağırışı bugünkü geosiyasi reallıqlar fonunda strateji uzaqgörənliyin təcəssümüdür. Çünki bu gün biz təkcə iqtisadi, mədəni və humanitar əməkdaşlıqdan danışmamalıyıq — zamanın tələbi ondan ibarətdir ki, Türk dövlətləri bir-birinin təhlükəsizliyinin qarantına çevrilsin. Birlikdə sülhün, sabitliyin və inkişafın təminatçısı olaq.
Tamam Cəfərova xüsusilə qeyd edib ki, bu təklif eyni zamanda Türk dünyasının hərbi-siyasi baxımdan yeni mərhələyə qədəm qoyması deməkdir. Əgər bu təlimlər həyata keçirilərsə, bu, təkcə hərbi əməkdaşlığın deyil, həm də strateji həmrəyliyin rəmzi olacaq. Türk dövlətləri bir-birinə arxalanmağın, ortaq güc kimi çıxış etməyin mümkünlüyünü bütün dünyaya göstərəcək.
Unutmaq olmaz ki, Türk coğrafiyası bu gün böyük enerji, nəqliyyat və kommunikasiya layihələrinin mərkəzində dayanır. “Zəngəzur dəhlizi”, “Orta Dəhliz” kimi layihələr təkcə iqtisadi deyil, həm də siyasi sabitliyin təminatçısıdır. Bu layihələrin təhlükəsizliyini qorumaq, onların davamlılığını təmin etmək üçün koordinasiyalı addımlar atmaq zəruridir. Bu, Türk dövlətlərinin üz-üzə olduğu coğrafi məhdudiyyətləri aradan qaldırmaq, əlaqələri gücləndirmək, tranzit imkanlarını inkişaf etdirmək baxımından strateji hədəfdir.
Prezident İlham Əliyevin Zirvə Görüşündə səsləndirdiyi fikirlər Türk dünyasının gələcəyinə istiqamət verən strateji yol xəritəsi idi. Xüsusilə Türkologiya Qurultayının 100 illik yubileyinin gələn il TDT çərçivəsində təntənəli şəkildə qeyd olunması təklifi dərin mənəvi və mədəni məzmun daşıyır. Məlumdur ki, Türkoloji qurultay ilk dəfə 1926-cı ildə Bakıda təşkil olunmuşdur. Bu ideya bizim kimliyimizin, dilimizin, mədəni köklərimizin bir daha xatırladılması, ortaq dəyərlərimizin nəsillər arasında körpü kimi qorunması deməkdir. Bu, həm tarixi yaddaşın dirçəldilməsi, həm də gələcək birliyin ideoloji əsasının gücləndirilməsi istiqamətində mühüm addımdır.
Prezident İlham Əliyevin bu Zirvə görüşündə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan Türk birliyinin mərkəzində duran, bu ideyanı reallığa çevirən lider ölkədir. Qəbələdə səslənən mesajlar təkcə bu günün deyil, gələcəyin gündəmini müəyyənləşdirir.
Bu Zirvə ilə Türk dünyası bir daha sübut etdi: bizim birliyimiz keçmişə söykənir, bu günlə möhkəmlənir və gələcəyə yönəlir. Bu birlik təkcə ortaq keçmişin deyil, həm də ortaq gələcəyin rəmzidir. Və artıq bu birlik ideya yox, reallıqdır — güclənən Türk dünyasının yeni siyasi nəbzidir. Millət vəkili Tamam Cəfərova belə deyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-10-2025