Adəm İsmayıl Bakuvi: “Cənab Prezident İlham Əliyev Azərbaycanın bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında aparıcı rolunu bir daha təsdiqlədi”
Tarix: 08-10-2025 | Saat: 13:08
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycanın qlobal siyasi arenada getdikcə artan nüfuzu ölkəmizin həm də üzv olduğu mötəbər beynəlxalq təşkilatlarda mövqelərinin möhkəmlənməsi ilə müşayiət olunur. O cümlədən Azərbaycan hazırda Türk Dövlətləri Təşkilatında (TDT) aparıcı aktorlardan biri kimi diqqəti cəlb edir. Bu ilin 7 oktyabr tarixində Təşkilatın Qəbələdə keçirilən Zirvə Görüşündə də ölkəmizin bir çox məsələlərdə aparıcı rolu qabarıq formada özünü göstərmiş oldu. Sammitdə çıxış edən cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdə də Azərbaycanın yalnız iqtisadi inkişaf və enerji siyasətində deyil, eyni zamanda bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında da aparıcı rola malik olması bir daha öz təsdiqini tapdı. Dövlət başçısının sözləri bu gün Cənubi Qafqazda və daha geniş türk coğrafiyasında yaranmış yeni təhlükəsizlik arxitekturasının əsas fəlsəfəsini özündə əks etdirirdi: sülh iradə və güc üzərində qurulmalıdır. Cənab Prezident xatırlatdı ki, TDT-nin təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik məsələləri əsas vəzifələr sırasında göstərilib. Bu, təşkilatın təkcə iqtisadi və mədəni əməkdaşlıq çərçivəsində deyil, həm də regional sabitliyin təminatçısı kimi çıxış etdiyini nümayiş etdirir. Azərbaycanın təşəbbüsü ilə keçirilən bu Zirvənin “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunması da təsadüfi deyil. Bu, türk dövlətlərinin vahid güc mərkəzi kimi həmrəyliyinin siyasi təzahürüdür.”
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi səsləndirib.
Partiya sədri daha sonra öz açıqlamasında cənab Prezident İlham Əliyevin təhlükəsizlik mühitinin ümumi inkişaf konsepsiyasının əsasında duran ən mühüm amillərdən biri olmasına dair ifadə etdiyi fikirlərin əhəmiyyətini vurğulayıb: “Dövlət başçısı açıq şəkildə bildirdi ki, təhlükəsizlik olmadan inkişaf mümkün deyil. Dünyada geosiyasi gərginliklərin artdığı, beynəlxalq hüququn pozulduğu bir dövrdə ölkələrin hərbi və müdafiə qabiliyyəti milli müstəqilliyin əsas dayağına çevrilib. Azərbaycan bu sahədə nümunəvi model formalaşdırıb: son illərdə Türkiyə ilə birgə keçirilən çoxsaylı hərbi təlimlər, müasir silah sistemlərinin tətbiqi, milli hərbi sənaye kompleksinin inkişafı ölkəmizin müdafiə potensialını yeni mərhələyə yüksəldib. Cənab Prezidentin 2026-cı ildə TDT ölkələrinin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsi təklifi isə türk birliyinin təhlükəsizlik sahəsində real güc mərkəzinə çevrilməsinə xidmət edəcək. Azərbaycanın əldə etdiyi tarixi Zəfər bu siyasətin ən parlaq nəticəsidir. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatları nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu, təkcə Azərbaycanın hərbi qələbəsi deyil, həm də ədalətin, beynəlxalq hüququn və sülhün bərqərar olması demək idi. Azərbaycan işğalçını torpaqlarımızdan qovaraq ədalətli sülhə nail olmaqla regionda sülhün real təminatçısına çevrildi. Beləliklə, Azərbaycan həm müharibədə, həm də sülh diplomatiyasında qətiyyətli mövqe nümayiş etdirərək bölgəni yeni inkişaf mərhələsinə çıxarır. Bu gün regionda sülh və sabitlik anlayışı Azərbaycanın milli siyasətinin, güc balansının və strateji düşüncəsinin nəticəsi kimi formalaşır. Cənab Prezident İlham Əliyevin Qəbələdən verdiyi bu mesaj təkcə Cənubi Qafqaz üçün deyil, bütün türk dünyası üçün çağırış idi: sülh yalnız güclü dövlətlərin, müstəqil qərarların və qardaş birliyinin sayəsində mümkündür” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-10-2025