Mobil versiya
Bəxtiyar Sadıqov: "Dağlıq Qarabağda keçiriləcək "referendum"u heç bir dövlət tanımayacaq"
Tarix: 20-02-2017 | Saat: 15:55
Bölmə:Siyasət | çapa göndər

Bəxtiyar Sadıqov: "Dağlıq Qarabağda keçiriləcək "referendum"u heç bir dövlət tanımayacaq"

Beynəlxaq təşkilatlar erməni separatçılarının Dağlıq Qarabağda qanunsuz referendum keçirməsinə reaksiya verməməklə öz nüfuzlarına zərbə vururlar.
AİA.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib.
Millət vəkili bildirib ki, beynəlxalq qurumlar bu prosesə həmişə ikili standartlarla yanaşıblar:
"BMT-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 4 məlum qətnaməsi yerinə yetirilmir. Bu qurum qətnamələrin icra olunmamasına reaksiya vermir. ATƏT-in Minsk qrupu, həmsədr dövlətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə cəlb olunublar, vasitəçiliyi öz üzərlərinə götürüblər. Amma indiyə kimi heç bir nəticəyə nail olmayıblar".
B.Sadıqov bildirib ki, Ermənistan işğalçı dövlətdir və bu siyasətini davam etdirir: "Bu günədək Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərindən çıxmaq tələb olunmayıb. Amma ermənilərin təxribatlar törətdiyi zamanlarda, Azərbaycan dövləti aprel hadisələrində olduğu kimi onlara tutarlı cavablar verərək yerlərində oturtduqda, bütün beynəlxalq təşkilatlar dərhal əl-ayağa düşərək monitorinq keçirirlər, münaqişənin sülh yolu ilə həlli variantlarını axtardıqlarını deyirlər. Ermənistan isə sülh danışıqlarından hər zaman yayınır. Ermənilər indi də Dağlıq Qarabağda "referendum" keçirmək istəyirlər. Bu "referendum"u heç bir dövlət tanımayacaq".
Depuatat qeyd edib ki, Azərbaycan torpaqlarını heç kimə güzəştə getməyəcək: "Azərbaycan öz torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək. Bu "referendum" Ermənistanın daxili auditoriyası üçün hesablanıb. Bu, Sarkisyanın Ermənistanda itmiş nüfuzunu bərpa etmək üçün edilən cəhddir. Onlar nə qədər adlar dəyişsələr də, biz öz torpaqlarımıza qayıdacağıq və həmin torpaqlar yenə tarixi adlarla çağırılacaq. Ermənilərin bu "referendum"unun qanuni qüvvəsi yoxdur".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024