Mobil versiya
Xocalı şəhəri və sakinləri ilə bağlı mühüm təklif
Tarix: 20-02-2017 | Saat: 15:25
Bölmə:Gündəm / Manşet | çapa göndər

Xocalı şəhəri və sakinləri ilə bağlı mühüm təklif


Xocalıya “şəhid şəhər”, əhalisinə isə “soyqırıma məruz qalan əhali” statusu verilməlidir.

AİA.az xəbər verir ki, bunu AzVision.az-a Xocalıdan seçilən millət vəkili Elman Məmmədov deyib.

Deputat hesab edir ki, irəli sürdüyü təklif Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır: “Biz Xocalı şəhərinin soyqırıma məruz qaldığını bütün dünyaya nümayiş etdirməliyik. Bunun üçün Xocalıya və onun sakinlərinə xüsusi status verilməlidir. Mən bundna öncə də bu təklifi irəli sürmüşdüm. Bəzi deputat həmkarlarım təklifimi dəstəkləmişdilər. Hesab edirəm ki, beynəlxalq təşkilatların ölkəmizə gələn nümayəndələri bilməlidirlər ki, Azərbaycanda soyqırıma məruz qalmış şəhər var.

Bu insanlar əbədi yaşamayacaqlar. Nə qədər ki, soyqırım dəhşətlərini görən insanlar sağdırlar, onlara status verilməlidir. Çexiya, Fransa, Ukrayna, Belarus, Vyetnam və Polşa kimi ölkələrdə belə yerlər var. Xocalının da soyqırıma məruz qalan şəhər statusu olmalıdır. Bu, çox mühüm siyasi əhəmiyyətə malik məsələdir. Biz bu barədə düşünməliyik”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024