Mobil versiya
“Daha bir talış”ın İrəvandan sığınacaq istədiyi barədə xəbər saxta çıxdı
Tarix: 20-02-2017 | Saat: 14:43
Bölmə:Gündəm / Karusel | çapa göndər

“Daha bir talış”ın İrəvandan sığınacaq istədiyi barədə xəbər saxta çıxdı

Musavat.com Ermənistanın növbəti şousunu ifşa etdi; Lerik Rayon İcra Hakimiyyətinin rəsmisindən açıqlama
Ermənistan mətbuatı daha bir Azərbaycan vətəndaşının İrəvana getmək istədiyi barədə iddia ilə çıxış edib. Məlumatda deyilir ki, Lerik rayon sakini Eldəniz Quliyev Ermənistandan sığınacaq almaq niyyətindədir. Ermənilər bu barədə xəbəri talış bloggeri Azər Kazımova istinadən yayıblar. İddia olunur ki, E.Quliyev Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovdan şikayətçidir. O bildirib ki, icra başçısı ona məxsus fərdi torpaq sahəsini zorla əlindən aldığı üçün bu addımı atmağa qərar verib. İddia olunur ki, rayon sakini şikayət etdikdən sonra təzyiqlərə məruz qalıb. Göründüyü kimi, Ermənistan İrəvandan sığınacaq istəyən, talış dilini bilmədiyi halda, "talış” kimi təqdim edilən Şahin Mirzəyevin ətrafında şou qurduğu bir ərəfədə daha bir "talış” kartından yararlanmağa çalışır. Elə araşdırmalarımız zamanı erməni mətbuatının saxta məlumat yaydığını dəqiqləşdirdik.
Lerik rayon İcra Hakimiyyəti başçısının 1-ci müavin Cəlil Baxşıyev açıqlamasında ermənilərin yaydığı məlumatı təkzib etdi. Bildirdi ki, düşmən təbliğatı saxta məlumat yayıb: "Bu xəbər yayılan kimi, mən Eldəniz Quliyevi yanıma çağırdım, bazar günü onunla bu barədə xeyli söhbət etdik. Deyir ki, mənim adımdan belə bir müraciət yayıblar, özümün xəbərim yoxdur. Tamamilə imtina edir ki, Ermənistandan sığınacaq istəmək söhbəti ola bilməz. Özü qətiyyətlə təkzib edir ki, belə bir şey mənim özümə və yaşadığım ölkənin adına yaraşmaz”.
Картинки по запросу Lerik rayon İcra Hakimiyyəti başçısının 1-ci müavin Cəlil Baxşıyev

E.Quliyevlə icra başçısı Rövşən Bağırov arasında torpaq qalmaqalının olması barədə ermənilərin iddialarına gəldikdə, müavin buna aydınlıq gətirdi:"Onun torpaqla bağlı problemi var. Ancaq bu problemin icra başçısına aidiyatı yoxdur. Çünki Rövşən müəllim rayona 2007-ci ildə təyin olunub. Torpaq məsələsi isə 2006-cı ildən başlayıb. Belə ki, həmin il rayonda modul tipli stansiya tikiləndə bu ailənin başçısının, yəni Eldənizin atasının razılığı ilə onlara məxsus 64 sot torpaq alınıb, əvəzində xəritəçəkmə komitəsinin qərarı ilə rayon ərazisində, başqa yerdə 84 sot torpaq verilib. Həmin stansiyanın tikintisinə isə 2010-cu ildə başlanılıb. Lakin sonradan Eldəniz Quliyev gəlib deyib ki, torpaq sahəsi uzaqdadır, yararsızdır. Biz ona dedik ki, rayonda islahat 1997-ci ildə gedib və əlavə torpaq sahəsi qalmayıb. Ona görə də irəli sürdüyü tələbi ödəyə bilmərik. Üstəlik də orada dövlət əhəmiyyətli obyekt tikilib. Kompensasiya istəyəndə də demişik ki, bu, bizdən asılı məsəl deyil, çünki "Azerenerji”nin sifarişçi və tikilib. Ancaq kasıb ailə olduğu üçün vaxtaşırı onlara kömək eləmişik, evlərinin damını təmir etmişik. Bunların müraciət etmədiyi ünvan yoxdur. Amma vaxtilə şəxsi razılığı ilə bu qərar verilib”.
C.Baxşıyev qeyd etdi ki,Ermənistan mətbuatının cəfəng iddiaları tam saxtadır və Lerik rayonunda, Nəriman Nərimanov 21 ünvanda yaşayan E.Quliyev hazırda öz evindədir. Birinci müavin bu kimi xəbərləri, həmçinin Kəlvəz kənd sakini Şahin Mirzəyevin işğalçı ölkədə sığınacaq istəməsini rayon sakinlərinin nifrətlə qarşıladığını da söylədi.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024