9 Oktyabr 2013 Prezident Seçkiləri: Xalq-iqtidar birliyinin siyasi təntənəsi
Tarix: 06-10-2025 | Saat: 19:21
Bölmə:Siyasət | çapa göndər

9 oktyabr 2013-cü ildə keçirilən prezident seçkilərində əvvəlki seçiminə sadiq qalaraq cənab İlham Əliyevə inam və etimadını bildirən Azərbaycan xalqı gələcəyinin etibarlı təminatına səs verdi Dünyanın ən nüfuzlu “beyin mərkəzləri”nin Prezident İlham Əliyev siyasətinin davamlı olacağı barədəki proqnozları özünü doğruldur Bütün dünya ictimaiyyətinin diqqətində olan, 9 oktyabr 2013-cü ildə keçirilən prezident seçkiləri sabitlik məkanı kimi tanınan Azərbaycanın sosial-iqtisadi inkişafının, respublikanın daxili və xarici siyasətinin təntənəsinin, ölkə əhalisinin dəyişilməz rəyinin, xalq-iqtidar həmrəyliyinin, sarsılmazlığının ifadəsi idi.
Cənab Prezident İlham Əliyev: Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. 2003-cü ildə ilk dəfə Prezident kimi and içən, “Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam” söyləyən Prezident İlham Əliyevin vədi sonrakı illərdə həyata keçirdiyi əməli işlərlə təsdiqini tapdı. Ötən prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin cənab İlham Əliyevə etimad göstərməsi, mövcud siyasətə səs verməsi bir daha göstərdi ki, prezidentlik səlahiyyəti müddətində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini verdi. Eyni zamanda, bu səsvermədə insanlar gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdilər.
Noyabrın 8-də Qarabağın ürəyi Şuşanın rəşadətli ordumuz tərəfindən işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu. Müharibədə asan qələbə olmur. Bu Qələbəni 3 minə yaxın şəhidimizin qanı ilə, hərbçilərimizin şücaətləri ilə qazandıq. Şuşanın işğaldan azad olunduğu günün Zəfər Günü, İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi təsadüfi deyil. Xalqımız Qələbəyə gedən yolu hər zaman xatırlamalı, bu Qələbəni bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdır.
Bu Zəfərin Sərkərdəsi isə Ali Baş Komandan İlham Əliyevdir. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində xalqımızın nisgilinə son qoyuldu. Azərbaycan tarixinin yeni şərəfli səhifəsi yazıldı. Ali Baş Komandan İlham Əliyev tariximizə Qarabağın xilaskarı kimi daxil oldu. Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yara¬dırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. 2016-cı il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir za-man barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. Nəticədə 30 ilin işğalına 44 gündə son qoyuldu. Erməni vandalları layiq olduqları cəzanı aldılar.
Yuxarıda da qeyd etdiyimiz kimi, bu missiyanın əsası Ulu Öndər tərəfindən qoyulmuşdu. O, bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağı¬nı, erməni qəsbkarlığının uzun sürməyəcəyini hər zaman bildi¬rir, hər şeyin zamana ehtiyacı olduğunu vurğulayırdı. Bu gün bu fikir böyük qürur hissi ilə qeyd olunur ki, Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdisə, Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı, ərazi bütövlüyümüzü bərpa edib, yenilməz xalq adını özümüzə qaytaran Lider kimi tarixə yazıldı.
Ulu öndər Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər qurur. Bu gün dünya Azərbaycanla əməkdaşlığa can atır. Dünya ölkələri, o cümlədən böyük dövlətlər Azərbaycana etibarlı tərəfdaş kimi böyük hörmətlə yanaşır.
Prezident İlham Əliyevin yorul¬maz və məqsədyönlü fəaliyyəti ay¬dın sübut edir ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı kimi xarici siyasəti daim diqqət mərkəzində saxlayır. Dünya bu gün müasir inkişafın Azərbaycan modeli ilə maraqlanır. Bu modelin müəllifi dövlətimizin başçısı İlham Əliyevdir. Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin - Qurucu Prezidentin inkişafın bütün sahələrini əhatə edən Zəfər yürüşü uğurla davam edir.
Artıq Heydər Əliyev siyasətinin uğurları, ən əsası Ümummilli Liderin 1 oktyabr 2003-cü il müraciətində əksini tapan çağırışların aydın ifadəsi bugünkü reallıqlarımızdır.
Bu gün ölkəmizin həyatında yeni mərhələ- işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri uğurla davam edir. Qarabağımız cənnət məkana çevrilir. Torpaqlarımız sahibinə qayıtdıqları, biz də o torpaqlara qovuşduğumuz üçün qürurluyuq. Zəfərin mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı! Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. Qarşıda bizi Zəfərimizin yaratdığı reallıqlar fonunda daha möhtəşəm uğurlar gözləyir. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-10-2025