Sahibə Qafarova “Böyük iyirmilik” (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Samitinin açılış mərasimində çıxış edib -Fotolar
Tarix: 01-10-2025 | Saat: 23:19
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 1-də Cənubi Afrika Respublikasının Keyptaun şəhərində “Böyük iyirmilik” (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Samitinin açılış mərasimində çıxış edib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bu sammitin parlamentarilərin birgə işləməyə sadiqliyini göstərən dəyərli platforma olduğunu söyləyən spiker Sahibə Qafarova Cənubi Afrika Respublikasının G20-yə sədrliyi üçün qəbul etdiyi “Həmrəylik, Bərabərlik və Davamlılıq” mövzusunun dünyamızın ehtiyac duyduğu mövzular olduğunu söyləyib.
Bu mövzuların Azərbaycanın da bölüşdüyü prinsiplər olduğunu diqqətə çatdıran Milli Məclisin sədri xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 80-ci sessiyasındakı nitqində ölkəmizin baxışını: beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərini təqdim edib. Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına həyata keçirməklə, öz ərazilərini Ermənistanın 30 illik işğalından azad edərkən bu baxışa sadiq qalıb. Ermənistanla sülh prosesinə başlayarkən və bu ilin avqustunda Vaşinqtonda sülh sazişinin mətnini paraflayarkən isə onu davam etdirib.
Çıxışında Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri haqqında da sammit iştirakçılarına məlumat verən spiker Sahibə Qafarova bildirib ki, bu layihələr bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verib və regional bağlantıları gücləndirib. Onun sözlərinə görə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” başa çatdıqdan sonra Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat qovşağına çevriləcək.
Milli Məclisin sədri həmçinin ölkəmizin qlobal çoxtərəfli əməkdaşlığa töhfələrini də diqqətə çatdırıb. Spiker qeyd edib ki, Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, humanitar yardım fəaliyyətləri və COP29-a sədrliyi onun daha böyük həmrəylik və davamlı inkişafa nail olmaq üçün çoxtərəfli əməkdaşlığa və kollektiv səylərə güclü sadiqliyini əks etdirir. Qeyd olunub ki, COP29-un mühüm nailiyyətləri təkcə Azərbaycanın müxtəlif ölkələr və icmalar arasında körpülər qurmaq bacarığını nümayiş etdirmir, bu, eyni zamanda, Azərbaycanın ən həssas və zəif inkişaf etmiş ölkələrin problemlərini həll etmək əzmini də göstərir. O, gələn ilin may ayında ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun və Ümumdünya Ətraf Mühit Gününün keçiriləcəyini qeyd edərək, bu tədbirin həmrəylik, bərabərlik və davamlılığa nail olmaq istiqamətində daha bir qlobal platforma olacağını bildirib.
Spiker Sahibə Qafarova bu mühüm beynəlxalq tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti haqqında da məlumat verib. O, deyib ki, Parlament Şəbəkəsinin yaradılması ölkəmizin parlamentlərarası əməkdaşlığa güclü dəstəyinin və sadiqliyinin sübutudur. Bu qurum Qlobal Cənubu təmsil edən Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında qarşılıqlı əlaqəni genişləndirmək və dərinləşdirməklə yanaşı, parlament diplomatiyasının inkişafında digər parlamentlərarası təşkilatlarla da fəal əməkdaşlıq edir.
Sammitin açılış mərasimində evsahibi Cənubi Afrika Respublikasının hökumət və parlament rəhbərliyi ilə yanaşı, G20-yə üzv ölkələrin parlament sədrləri də iştirak və çıxış ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər