Mobil versiya
Bakının bir neçə rayonunda qaz yoxdur
Tarix: 20-02-2017 | Saat: 10:43
Bölmə:Gündəm | çapa göndər

Bakının bir neçə rayonunda qaz yoxdur

İstehlakçıların qaz təminatının yaxşılaşdırılması, təbii qaza olan tələbatın təmin edilməsi və şəbəkənin gücləndirilməsi üçün daxili qaz şəbəkəsində aparılan təmir işləri, qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, həmçinin istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar, nəzərdə tutulmuş təmir işləri aparılır.

"Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, görülən işlərlə əlaqədar fevralın 20-də saat 09:00-dan Abşeron, Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranıb.

Aparılan işlərin Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, eləcə də Xətai rayonunun Sarayeva, Qaçaq Nəbi, Cavanşir, M. Hadi, Seyid Əzim Şirvani, Mehmandarov, Şıxlinski küçələrində, Gəncə prospekti və Zığ yolu ərazilərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bildirilir ki, görülən işlər gün ərzində (saat 17.00-a qədər) yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024