Mobil versiya
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair irəliləyiş yoxdur"
Tarix: 19-02-2017 | Saat: 10:50
Bölmə:Siyasət | çapa göndər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair irəliləyiş yoxdur"















Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair irəliləyiş yoxdur.
Aia.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu ATƏT-in baş katibi Lamberto Zannier "TASS"a müsahibəsində deyib.

O deyib ki: "Son bir neçə gündə yenə insidentlər olub. Biz baş verənlərdən çox narahatıq. Münhendə ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşləri olub. Müzakirələr müsbət idi, lakin əhəmiyyətli irəliləyiş yoxdur. Biz tərəflər razılığa gəldiyi bütün mexanizmləri işə salmağa hazırıq. Amma biz qərarların qəbul edilməsində tərəfləri əvəz edə bilmərik. Təəssüf ki, irəliləyiş azdır və mənim hər iki ölkə liderlərinin görüşü ilə bağlı vaxt demək imkanım yoxdur ki, sammit olsun. Bu, istənilən halda hələlik aktual deyil".

Zannierin sözlərinə görə, eyni zamanda, ağır silahların istifadəsi və mülki şəxslər arasında qurbanların olması faktı mövcuddur ki, bu vəziyyətin pisləşməsini göstərir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024