Prezidentin Nyu-York səfəri ölkəmizin beynəlxalq nüfuzunun bariz təzahürü kimi diqqət çəkir - DEPUTAT
Tarix: 24-09-2025 | Saat: 19:44
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyevin Nyu-Yorka işgüzar səfəri ölkəmizin beynəlxalq nüfuzunun və artan marağın bariz təzahürü kimi diqqət çəkir. Dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən olan “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi maliyyə nəhənglərinin rəhbərləri ilə keçirilən görüşlər təsadüfi deyil. Bu görüşlərin qarşı tərəfin müraciəti əsasında reallaşması Azərbaycanın iqtisadi imkanlarına, strateji mövqeyinə və sabit inkişafına göstərilən marağın açıq göstəricisi kimi qiymətləndirilə bilər.
Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov səsləndirib.
Onun sözlərinə görə, BMT Baş Assambleyası çərçivəsində keçirilən bütün görüşlərin eyni qaydada - məhz qarşı tərəfin təşəbbüsü ilə baş tutması isə Azərbaycanın beynəlxalq müstəvidə artan roluna və Prezident İlham Əliyevin liderliyinə olan hörmətin göstəricisidir. Bu fakt Azərbaycanın artıq təkcə regionda deyil, qlobal miqyasda da etibarlı tərəfdaş kimi qəbul olunduğunu sübut edir.
“Prezident İlham Əliyevin Nyu-York səfəri təkcə görüşlərin zənginliyi ilə deyil, həm də Azərbaycanın beynəlxalq müstəvidə artan çəkisini bir daha nümayiş etdirməsi ilə yadda qalır. Bu, ölkəmizin qlobal siyasi və iqtisadi proseslərdə söz sahibinə çevrildiyinin növbəti təsdiqidir”, - deyə o bildirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-09-2025