Mobil versiya
"Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən gözəl layihəmiz var" - Gürcüstanın baş naziri
Tarix: 18-02-2017 | Saat: 22:33
Bölmə:Siyasət | çapa göndər

"Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən gözəl layihəmiz var" - Gürcüstanın baş naziri







"Bizim Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən gözəl layihəmiz var".

Aİa.Az "Report"a istinadən bildirir ki, bu sözləri Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Münxendə keçirilən "Avrasiyanın gizli problemləri" "dəyirmi masası"nda çıxışı zamanı deyib.
Baş nazir qeyd edib ki, regional əməkdaşlıq Cənubi Qafqazda sabitliyin təməl daşlarından biri olaraq qalır. Georgi Kvirikaşvili Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən layihəni yüksək qiymətləndirib.
"Bizim "İpək yolu" iqtisadi zonası sayəsində, Avropa və Asiyanı bir-birinə bağlayan "Bir kəmər - bir yol" təşəbbüsü ilə yeni imkanlarımız var" - deyə o bildirib.
Baş nazir Gürcüstanın Avropa İttifaqının şərq cinahında mühüm ölkə olduğunu vurğulayıb. O, həmçinin rəsmi Tbilisinin Aİ ilə azad ticarət haqqında sazişi barəsində də danışıb.
Gürcüstanın iqtisadi inkişaf gəlincə, baş nazir bildirib ki, əhalisi 3,8 milyon nəfər olan ölkədə açıq iqtisadiyyat mövcuddur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024