Mobil versiya
"Ermənistan ordusunda baş verən ölümlərin səbəbi oradakı hərc-mərclikdir"
Tarix: 18-02-2017 | Saat: 18:02
Bölmə:Gündəm | çapa göndər

"Ermənistan ordusunda baş verən ölümlərin səbəbi oradakı hərc-mərclikdir"

"Demoralizə edilmiş düşmən ordusunda bu kimi hallar yüksələn templə artmaqda davam edəcək".
Bunu işğal olunmuş ərazilərimizdə yerləşən Ermənistan ordusunda növbəti əsgər ölümü ilə bağlı məlumatı şərh edən sabiq korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

Onun sözlərinə görə, son zamanlar Ermənistan ordusunda ölən və yaralananların sayının çoxalmasının səbəbləri erməni hərbçiləri arasında qarşılıqlı nizamnamə qaydalarının pozulması, intizamsızlıq, özbaşınalıq və ümumiyyətlə erməni cəmiyyətində hökm sürən hərc-mərclikdir.

Qeyd edək ki, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə xidmət keçən əsgəri 19 yaşlı Lernik Osyanın fevralın 18-də saat 11.45 radələrində döyüş postunda meyiti tapılıb. Hələlik naməlum şəraitdə öldüyü bildirilən Ermənistanın Lori vilayətinin Odzun kəndinin sakini L.Osyan ailənin tək övladı olub.(apa)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024