Gömrükdən 88 min dolları gizlətmək istədi
Tarix: 18-02-2017 | Saat: 14:41
Bölmə:Gündəm | çapa göndər
Dövlət Gömrük Komitəsi fevralın 17-də bəzi kütləvi informasiya vasitələrində “Gömrük işçiləri sahibkarı necə soydu?” başlıqlı yazıya münasibət bildirib.
Komitədən daxil olan məlumatda qeyd edilir ki, 5 yanvar 2017-ci il tarixdə saat 12:30 radələrində Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Alışov Cabir Sənham oğlunun idarə etdiyi “VAZ 217050” markalı, H798XE05 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxış zamanı arxa oturacağın üzərində olan gödəkçənin və idman gödəkçəsinin ciblərində gömrük orqanına bəyan etmədiyi külli miqdarda-88000 ABŞ dolları aşkar edilib götürülüb.
Faktla bağlı 23 yanvar 2017-ci il tarixdə Dövlət Gömrük Komitəsi İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə 172970024 nömrəli cinayət işi başlanılıb.
Cinayət işi üzrə Alışov Cabir Sənham oğlu və baxış keçirilməsində iştirak etmiş gömrük əməkdaşları dindirilmiş, həmçinin digər şahidlərin dairəsi müəyyən edilərək ifadələri alınmış, Cabir Alışovla gömrük əməkdaşlarının ifadələri arasında olan ziddiyyətlərin aradan qaldırılması üçün üzləşdirilmələr həyata keçirilib.
Cinayət işi üzrə məhkəmə kompyuter-texniki ekspertizası təyin edilərək icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və müvafiq rəy alınaraq cinayət işinin materiallarına əlavə edilib.
Alışov Cabir Sənham oğlundan götürülmüş 88000 ABŞ dolları istintaq orqanı tərəfindən maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraat başa çatanadək saxlanması üçün Dövlət Gömrük Komitəsinin Xəzinəsinə təhvil verilib.
Alışov Cabir Sənham oğlunun idarə etdiyi “VAZ 217050” markalı, H798XE05 dövlət nömrə nişanlı minik avtomobili ilə 05 yanvar 2017-ci ildə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlməsi ilə əlaqədar qeydə alınmış video görüntülər istintaq orqanı tərəfindən götürülərək cinayət işinə əlavə edilmiş və baxış keçirilib.
Cinayət işi üzrə Alışov Cabir Sənham oğlunun üzərində olan 88000 ABŞ dollarını Rusiya Federasiyasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirib-keçirməməsinin müəyyənləşdirilməsi üçün Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr İdarəsi və Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına müvafiq sorğular verilib.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024