Mobil versiya
Deputat: "Bu, Ermənistanın növbəti təxribatıdır"
Tarix: 18-02-2017 | Saat: 12:26
Bölmə:Siyasət | çapa göndər

Deputat: "Bu, Ermənistanın növbəti təxribatıdır"

Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni "referendum” Ermənistanın növbəti bir avantürasıdır.
AİA.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, bu təxribata beynəlxalq hüquq normaları çərçivəsində cavab verilməlidir: "Çox təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədrləri məsələyə çox yumşaq yanaşırlar, sərt reaksiya vermirlər. Hesab edirəm ki, bununla bağlı həmsədr ölkələr çox ciddi mövqe ortaya qoymalıdırlar və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməlidirlər. Bu cür separatçı meyillərə qarşı öz sərt mövqelərini beynəlxalq hüquq normaları çərçivəsində bildirməlidirlər”.
Deputatın sözlərinə görə, Azərbaycan da şübhəsiz ki, bu cür təxribatlara lazım olan qaydada tam cavab verəcək: "Məsələ belədir ki, Ermənistan təxribat törədir və baxırlar ki, əgər Ermənistan Azərbaycanı üstələyirsə, səslərini çıxarmırlar. Ancaq Azərbaycan Ermənistana layiqli cavab verib yerinə oturdan kimi bütün həmsədr ölkələr, beynəlxalq təşkilatlar əl-ayağa düşürlər. Bu da onu göstərir ki, bunlar dolayısı ilə Ermənistanı həvəsləndirirlər, separatçıları dəstəkləyirlər. Ermənistanın növbəti təxribatı həmsədr ölkələr üçün bir sınaqdır. Əgər həmsədr ölkələr obyektiv olaraq Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışırlarsa, onlar qəti mövqelərini bildirməlidirlər və bu təxribatın qarşısını almalıdırlar”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024