Əfv Komissiyasında 250-dən çox müraciətə baxılıb
Tarix: 18-02-2017 | Saat: 11:52
Bölmə:Gündəm / Karusel | çapa göndər
“Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu günə qədər keçirilən iclaslarında 250-dən artıq müraciətə baxılaraq rəy verilib”.
AİA.az xəbər verir ki, bu barədə AzVision.az-a komissiya üzvü Əliməmməd Nuriyev məlumat verib. Ə.Nuriyev bildirib ki, Komissiyanın iclaslarında 800-dən artıq müraciətə baxılması gözlənilir:
“Sonuncu əfv sərəncamından 1 il vaxt keçdiyindən müraciətlərin sayı çoxdur. Biz komissiyanın iclaslarında bütün müraciətlərə baxaraq rəy verəcəyik. Müraciətlərə baxarkən məhkumların hansı əqidəyə sahib olması, harada çalışması ilə bağlı ayrıseçkilik etmirik. Müraciətlərə fərq qoymadan baxırıq. Doğrudur, hər kəsin müraciətinə fərdi qiymət verilir. Çünki hamının işi bir-birinə oxşaya bilməz”.
Novruz bayramı ərəfəsində neçə məhbusun azadlığa buraxılacağına gəlincə, Ə.Nuriyev deyib: “Əfv sərəncamının imzalanması prezidentin konstitusion hüquqlarına daxildir. Ona görə də əfv sərəncamında nə qədər insanın azadlığa çıxacağını deyə bilmərəm. Hər zaman olduğu kimi bu əfv sərəncamında da əvvəlkindən daha çox məhbusun azadlığa çıxacağını ümid edirəm. Ümumilikdə isə neçə məhbusun əfv olunacağı cənab prezidentin iradəsində olan məsələdir”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024