Mobil versiya
Aprel şəhidi Mirzəyevin ad günüdür
Tarix: 17-02-2017 | Saat: 16:07
Bölmə:Gündəm | çapa göndər

Aprel şəhidi Mirzəyevin ad günüdür

Bu gün aprel döyüşlərində şəhid olan əsgər Mahir Mirzəyevin doğum günüdür.

AzVision.az-ın məlumatına görə, Mahir Mirzəyev 17 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Nərimanov rayonundakı 36 saylı məktəbi əla qiymətlərlə başa vuran Mirzəyev Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "İqtisadiyyat və sənaye" fakültəsinə daxil olub. 2015-ci ildə İqtisad Universitetini müvəffəqiyyətlə bitirib, Qafqaz Universitetinin magistr şöbəsinə daxil olub. Bundan sonra hərbi xidmətə yola düşüb.



Mahir Mirzəyev aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Şəhid əsgər aprelin 9-da Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.



Mahir Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024