Mobil versiya
Şahzadə Bakıya gəlir
Tarix: 17-02-2017 | Saat: 12:25
Bölmə:Gündəm / Karusel | çapa göndər

Şahzadə Bakıya gəlir

Səudiyyə Ərəbistanı şahzadəsi, ölkənin kəşfiyyat xidmətinin sabiq rəhbəri, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə mart ayında Bakıya gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, ilk dəfə Qlobal Bakı Forumuna qatılan Şahzadə Turki əl-Faysalın forumun prezident panelində “Xarici əlaqələrin gələcəyi” mövzusunda çıxışı nəzərdə tutulub.

23 il Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətinə rəhbərlik etmiş Turki əl-Faysal 1979-cu ildə Məkkənin terrorçulardan azad olunması istiqamətində ölkəsinin apardığı çətin və irimiyqaslı əks-kəşfiyyat əməliyyatlarında iştirak edib. Usama bin Laden, Taliban lideri Məhəmməd Ömərlə dəfələrlə görüşərək danışıqar aparmış Turki əl-Faysal Səudiyyə Ərəbistanının Amerika Birləşmiş Ştatları və Böyük Britaniyada səfiri olub.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən V Qlobal Bakı Forumu martın 16-17-də baş tutacaq. Tədbirdə 50 ölkədən 200-dən artıq hazırkı və sabiq dövlət başçıları, hökumət rəhbərləri, çox sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlərin iştirakı gözlənilir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024