Səttar Möhbalıyev: “Artıq bütün dünya Azərbaycanın yeni reallıqlarını qəbul etmişdir”
Tarix: 23-08-2025 | Saat: 10:33
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Azərbaycan tarixi 2020-ci ilin Şanlı Vətən Müharibəsi ilə yeni səhifə açdı. Lakin zəfərlə bitən müharibənin davamı yalnız hərbi qələbə ilə deyil, həm də ərazilərimizə Böyük Qayıdışla tamamlanır. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 21 avqust 2025-ci ildə Kəlbəcər və Ağdərənin Vəngli, Kolatağ kəndlərinə səfəri isə bu tarixi dönüşün parlaq nümunəsi oldu. Cənab Prezidentin səfər zamanı söylədiyi sözlər həm xalqa ünvanlanmış siyasi mesaj, həm də beynəlxalq aləmə göndərilmiş strateji bəyanat idi: “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz! Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır.” Əlbəttə ki, bu mesaj həm də ölkəmizin hər zaman ədalətli mövqeyinin daha bir nümayişidir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili Kəlbəcər və Ağdərənin Vəngli, Kolatağ kəndlərinə səfərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Cənab Prezidentin sözlərində xüsusi vurğulanan məqam Kəlbəcərin strateji əhəmiyyətidir. 1993-cü ilin aprelində baş verən işğal hadisəsi yalnız bir rayonun deyil, bütövlükdə Azərbaycanın təhlükəsizlik sisteminin çökməsi demək idi. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir.” Bu, sadəcə tarixi faktların xatırladılması deyildi. Bu, həm də Azərbaycan dövlətinin siyasi iradəsini ifadə edən açıq bəyanat idi: xalq xəyanəti heç vaxt unutmamalıdır və heç vaxt təkrarına yol verməməlidir. Azərbaycanın 30 ilə yaxın davam edən danışıqlar prosesində hansı haqsızlıqlarla üzləşdiyi də Prezidentin nitqində öz əksini tapdı: “Fransa, Rusiya və Amerika məsələnin həllini tapmaq əvəzinə, münaqişəni dondurmaq istiqamətində işlər aparırdı və faktiki olaraq erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə münaqişə sülh yolu ilə həll olunmadı.” Bu sözlər açıq mesajdır: Azərbaycan diplomatiyası illərlə səbrlə mövqeyini qorudu, lakin nəticədə tarixi ədaləti yalnız güc yolu ilə bərpa etmək məcburiyyətində qaldı. Minsk Qrupu iflasa uğradı, amma Azərbaycan qalib çıxdı. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı Azərbaycanın hərbi gücünün, xalqın dövlət ətrafında yumruq kimi birləşməsinin təntənəsi idi. Cənab Prezident bunu belə ifadə etdi: “Bir dənə də olsun döyüş meydanını tərk edən olmamışdır. Bir dənə də olsun fərari olmamışdır… Ermənistan ordusunda isə özlərinin dediklərinə görə 12 min fərari olmuşdur.” Azərbaycan ordusunun müasir silahlarla, pilotsuz uçuş aparatları ilə gücləndirilməsi, komando qüvvələrinin yaradılması isə yalnız keçmişin qisası deyil, həm də gələcəyin təminatıdır. “Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki bizim təhlükəsizliyimizin qarantı biz özümüzük – dövlət, xalq və Silahlı Qüvvələrimiz.” Bu səfərin ən önəmli siyasi mesajlarından biri isə Böyük Qayıdış Proqramının praktiki nəticələridir. Cənab Prezident İlham Əliyevin sözləri qayıdışın miqyasını göstərdi: “Birinci mərhələdə Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir.”
Millət vəkili sözlərinə davam edərək deyib ki, Kəlbəcərdə və Ağdərədə həyat yenidən doğulur: “Dağıdılmış şəhərlər indi müasir komplekslərlə, yollarla, məktəblərlə bərpa olunur. Bu, yalnız tikinti deyil, həm də Azərbaycan dövlətinin siyasi iradəsinin təcəssümüdür: düşmən dağıtdı, biz isə qururuq. Bu gün Azərbaycanın yaratdığı yeni reallıqlar beynəlxalq aləm tərəfindən qəbul olunur. Cənab Prezident açıq şəkildə dedi: “Dünya birliyi, beynəlxalq aləm bizim Qələbəmizi və yeni reallıqları tam qəbul etmişdir. Bu da özlüyündə tarixi hadisədir.” Azərbaycan indi yalnız regionun deyil, həm də qlobal təhlükəsizlik sisteminin mühüm oyunçusudur. Ermənistanla sülh müqaviləsinin müəllifi məhz Azərbaycandır. Zəngəzur dəhlizi istiqamətində əldə olunan razılaşmalar isə ölkəmizin geosiyasi çəkisini daha da artırır. Cənab Prezidentin səfər zamanı dediyi sözlər Azərbaycanın gələcək kursunu da müəyyənləşdirdi: “Bizim işimiz quruculuqdur. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim ‘dəmir yumruğ’umuzu hər kəs görəcək.” Bu gün Azərbaycan xalqı əmindir ki, suverenlik əbədidir. Tarixi Zəfər, Böyük Qayıdış və quruculuq işləri Azərbaycanın yeni siyasi nizamını formalaşdırır. Bu nizamın əsasında güc, ədalət və milli birliyin möhkəm dayaqları dayanır” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-08-2025
22-08-2025