Mobil versiya
İlham Əliyev də təntənəli açılışa qatıla bilər
Tarix: 23-09-2015 | Saat: 00:55
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər


Azərbaycan prezidenti İlham Əliyev Moskvada Cümə məscidinin açılış mərasimində iştirak edə bilər

Aia.az report-a istinadən xəbər verir ki, mərasim sentyabrın 23-də müsəlmanların müqəddəs Qurban bayramı ərəfəsində keçiriləcək.

Məlumata görə, tədbirdə Rusiya və Türkiyə prezidentləri ilə yanaşı Azərbaycan, Səudiyyə Ərəbistanı, Fələstin, İordaniya, Qətər, Küveyt, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, İran və digər ölkə liderlərinin iştirakı gözlənilir.

Məscidin açılışı və Qurban bayramı münasibəti ilə 23-24 sentyabr tarixlərində Moskvanın müəyyən küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Moskva Cümə məscidi tutumuna görə Avropada müsəlmanların ən böyük ibadət ocağı olacaq. Onun sahəsi təqribən 19 kv. m təşkil edəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024