Mobil versiya
"Xocalıya biz özümüz sahib çıxmalıyıq" - Xanlar­ Vəliyev
Tarix: 16-02-2017 | Saat: 14:55
Bölmə:Gündəm / Manşet | çapa göndər

"Xocalıya biz özümüz sahib çıxmalıyıq" - Xanlar­ Vəliyev

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan Respublikası Hərbi Prokurorluğu ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun birgə ərsəyə gətirdikləri “Soyqırım muzeyi” kitab-albomun və Hərbi Prokurorluğunun sifarişi ilə Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanan “Əsrin faciəsi” sənədli filminin təqdimat mərasimi keçirilib.

AzVision.az-ın məlumatına görə, tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində reallaşdırılan tədbirlərin nəticəsi olaraq dünyanın bəzi ölkələrində bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələlik öz hüquqi qiymətini almayıb.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov isə qeyd edib ki, institutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri də xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin araşdırılmasıdır.

Azərbaycanın hərbi prokuroru, əməkdar hüq­uqşünas, hüquq üzrə f­əlsəfə doktoru Xanlar­ Vəliyev isə deyib ki, Xocalı soyqırımı Azərbaycanda b­aş verən faciəvi hadi­sələrin pik həddidir. Onun sözlərinə görə, bu qara ləkədən mü­əyyən qədər pay həmin­ dövrdə Azərbaycana r­əhbərlik edən adamlar­ın üzərinə düşür: "Hansı ki, hadisə nəticəsində 613 nəfər azərbaycanlı qətlə yetirilib, 1350 adam əsir götürülmüşdü, bizim Daxili İşlər Nazirliyi, Azərbaycanın prezidenti Ayaz Mütəllibov beynəlxalq ictimaiyyətə "iki nəfərin məişət mübahisəsi zəminində qətlə yetirildiyini" bildirib. Dünyanın müxtəlif mətbuat orqanlarından nümayəndələrin Azərbaycana gəlməsinə baxmayaraq, yenə də Azərbaycan bu faciəni dünyaya sübut etm­ək üçün böyük əziyyət­ çəkdi. Xocalımıza biz özümüz sahib çıxmalıyıq. Biz torpaqlarımıza s­ahib çıxmalıyıq".

O həmçinin qeyd edib ­ki, Hərbi Prokurorluğun Soyqırımı Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Muzey dörd bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarət olmaqla 320 kvadratmetrlik sahəni əhatə edir. Muzeyin yaradılmasının əsas məqsədi XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri barədə tarixi həqiqətləri gələcək nəsillərə əyani çatdırmaq və ictimaiyyət arasında onların təbliğini genişləndirməkdir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024