Mobil versiya
"Rusiyanın dəstəyi olmasaydı, bizə çətin olardı" - Bəşər Əsəd
Tarix: 16-02-2017 | Saat: 13:52
Bölmə:Siyasət | çapa göndər

"Rusiyanın dəstəyi olmasaydı, bizə çətin olardı" - Bəşər Əsəd

"Qərbin suriyalıların əvəzinə ölkənin gələcəyini müəyyən etmək hüququ yoxdur"

AzVision.az xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd Fransanın “Europe-1” radiostansiyasına açıqlamasında deyib: “Qərb Suriya üçün nəyin yaxşı olduğunu seçə bilməz. Mən, ya da İŞİD. Bunu yalnız Suriya vətəndaşları edə bilərlər. Qərb ölkələri terrorizm təhlükəsindən öz xalqlarını qorumaq barədə düşünməlidirlər. Biz artıq ekstremistlərin Fransa və Almaniyaya necə zərbələr endirdiklərinin şahidi olmuşuq”.

Suriya lideri, həmçinin bildirib ki, iki ölkə arasında diplomatik münasibətlərin olmamasına baxmayaraq, Suriya Fransanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir: “Bizim Fransa ilə diplomatik münasibətlərimizin olmaması problem deyil. Bizim digər əlaqəli kanallarımız var. Biz Fransa xüsusi xidmət orqanları ilə birbaşa əlaqə saxlayırıq. Fransa parlamentarilərinin bu yaxınlarda Suriyaya səfəri zamanı nümayəndə heyətinin arasında xüsusi xidmət orqanlarının nümayəndəsi də var idi”.

Əsəd bildirib ki, Rusiyanın dəstəyi olmadan Suriyada terrorçularla mübarizə daha çətin olardı. Suriya prezidenti, həmçinin ekstremistlərin dəstəklənməsində qərb ölkələrini - konkret olaraq Fransa və Böyük Britaniyanı ittiham edib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024