Mobil versiya
Anormal dindarlaşma: "Telefondan istifadəni günah sayırlar"
Tarix: 16-02-2017 | Saat: 13:41
Bölmə:Gündəm / Karusel | çapa göndər

Anormal dindarlaşma: "Telefondan istifadəni günah sayırlar"

“Anormal dindarlaşma prosesi təkcə müsəlman ölkələrində deyil, digər ölkələrdə də var”

AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Milli Məclisdə “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda keçirilən tədbirdə deyib.

Komitə sədrinin müavini bildirib ki, son vaxtlar beynəlxalq terminologiyada tez-tez anormal dindarlıq və ya dindarlaşma prosesi terminlərindən istifadə olunur: “Anormal dindarlaşma prosesi belədir ki, din pərdəsi altında getsə də, əslində dinin mahiyyəti ilə ziddiyət təşkil edir. Bəzi xristian sektaları var ki, onlar müasir texnologiyaları qəbul etmirlər. Onlar mobil telefon, kompüter, hətta işıq, elektrik enerjisindən və avtomobildən istifadəni günah sayırlar. Təəssüf ki, İslam ölkələrində anormal dindarlığın təzahürləri var. Bu da ailə dəyərlərinə, müasirliyə qarşı münasibətlərdir. Ölkəmiz də bu cür anormal dindarlığın təzahürlərindən sığortalanmayıb. Bunlardan biri də qadın hüquqlarına, ənənəvi ailə institutlarına və ailə dəyərlərimizə qarşı təhdidlərdir. Lakin bu təhdidlər İslam dinindən qaynaqlanmır. Bu, din prədəsi altında başqa xalqlara məxsus ailə dəyərlərinin təbliğinin nəticəsidir”.

G. İsmayılov xatırladıb ki, şəriət və mədəniyyət ayrı-ayrı anlayışlardır: “Şəriət bütün xalqlar üçün eyni, mədəniyyət isə fərqlidir. Bu baxımdan xalqların qadına, ailə dəyərlərinə münasibətləri fərqlidir. Azərbaycanda qadına olan münasibət ilə digərləri arasında fərq var. Bu gün adət-ənənələrimizin hamısı dindən qaynaqlanmır. Adət-ənənələrimizdə dindən gələn məsələlər rol oynayır, amma məsələ ondadır ki, adət-ənənələrimizin formalaşmasında iştirak edən dini faktorların hamısı əsl dindən, yoxsa “din”dən qaynaqlanır? Problem İslam dinində deyil. Səhv anlayışlar bizə səhv ad altında gətirilir. Bu, milli dövlətçiliyimiz üçün təhlükəlidir. Çünki milli dövlətçiliyin təməlini arxasında milli ailə dayanır”.

Sədr müavini vurğulayıb ki, dinimizdə oxumaq qadın və kişi üçün vacibdir və övladına təhsil vermək valideynin borcudur.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024