ABŞ səfiri Cocuq Mərcanlıya getməkdən imtina etdi
Tarix: 15-02-2017 | Saat: 17:51
Bölmə:Siyasət / Karusel | çapa göndər
“Bütün səfirlər buradadır, yalnız 5-6 səfir gələ bilməyib. Onların bəziləri üzrlü səbəbdən burada deyillər. ABŞ səfiri, bir də Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndəliyinin rəhbəri gəlməyib. Təəssüf edirəm ki, onlar burada deyillər”.
AİA.az APA-ya istinadən xəbər verir ki, bunu xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri zamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov deyib.
“ABŞ səfiri ölkədədir, Qızıl Xaç Komitəsi isə belə izah edib ki, guya nizamnaməsinə görə onlar belə tədbirlərdə iştirak edə bilmirlər. Belə nizamnaməyə inanmıram. Halbuki onlar cəbhə bölgəsinə getmələri üçün dəfələrlə bizə müraciət edir. Biz bəzən icazə veririk, bəzən isə yox. Amma onlar həmişə cəbhə xəttində olmaq istəyirlər. Cənab prezidentin məqsədi bu idi ki, xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatlar - Avropa Şurası, Avropa İttifaqı və ATƏT nümayəndələri ermənilərin 4 ay işğalda olan bir yaşayış məntəqəsini nə hala saldıqlarını öz gözləri ilə görsünlər. Bunu ATƏT-in faktaraşdırıcı missiyası da təsdiqləyib. Amma bir var kağız üzərində olsun, bir də var gözləri ilə görsünlər”, - deyə o vurğulayıb.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024