Mobil versiya
"İlham Əliyevin təşəbbüsü çox dəyərlidir" - BƏƏ Prezidentinin müşaviri
Tarix: 15-02-2017 | Saat: 17:04
Bölmə:Gündəm | çapa göndər

"İlham Əliyevin təşəbbüsü çox dəyərlidir" - BƏƏ Prezidentinin müşaviri

Həmrəyliyə, birliyə və tolerantlığa çağırış İslamın Məhəmməd Peyğəmbər (s.ə.s.) tərəfindən təbliğ edilən mühüm prinsiplərindən biridir. Bütün peyğəmbərlər müqəddəs Quranda və bütün digər müqəddəs kitablarda təsvir edilən əxlaqi dəyərlərə çağırıblar. Sevindirici haldır ki, Azərbaycan məhz bu yolu seçib və belə bir çağırışla çıxış edib. Prezident İlham Əliyevin təşəbbüsü, heç şübhəsiz, çox dəyərli və sanballı təşəbbüs olmaqla, dünyada baş verən proseslərin və müşahidə edilən meyillərin dərindən dərk olunmasına dəlalət edir.

Bunu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin hüquqi və dini məsələlər üzrə müşaviri Əl-Sayid Əli ben Əl-Sayid Əbdülrəhman əl-Haşim AzəTac-a müsahibəsində söyləyib.

Onun fikrincə, bu gün İslam dünyasında həmrəyliyə çağırış həmişəkindən daha çox vacibdir, çünki İslam aləminin üzləşdiyi təhdidləri birlikdə dəf etmək lazımdır. O vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olduqca dolğun, hərtərəfli düşünülmüş təşəbbüsdür və şübhə yoxdur ki, bu təşəbbüs müsəlman ölkələri və onların xalqları tərəfindən dəstəklənəcək”.

Ə.Əl-Haşim Prezident İlham Əliyevin İslam Həmrəyliyi təşəbbüsünün əhəmiyyətindən söhbət açaraq bildirib ki, humanizm, sülhsevərlilik, bütün bəşəriyyətə məhəbbət kimi keyfiyyətlərlə fərqlənən görkəmli şəxsiyyətlərin adları dünya tarixinə düşüb. Onun sözlərinə görə, məhz bu cür adamlar bütün bəşəriyyətin rifahı naminə həmrəyliyə və birliyə çağırırlar.

“Yüksək ideallarla yaşayan bu cür insanlar sülh və sabitlik ideyalarına xidmət edirlər. Məsələn, BƏƏ-nin mərhum prezidenti şeyx Zayed bin Sultan əl-Nəhyan həmişə həmrəyliyə və birliyə çağırırdı. Bizim ölkəmiz bu gün də həmin doğru yolla – ümumi rifah yolu ilə gedir və daim insanları sevgiyə, sülhə, qarşılıqlı anlaşmaya və həmrəyliyə çağırır. Daha bir parlaq nümunə - Hindistanın tanınmış siyasi və ictimai xadimi Mahatma Qandi həmişə dinc yanaşı yaşamağa, həmrəyliyə və birliyə çağırırdı. ABŞ-ın birinci prezidenti Corc Vaşinqton da tarixə iz qoyub. O daim Amerika millətinin birləşməsinə tərəfdar olub. Lakin təəssüf ki, tarixdə sülhün, sabitliyin, mehriban qonşuluğun əleyhinə olan insanlar da az olmayıb. Onların pozucu fəaliyyəti ölkələri və xalqları “parçala və hökm sür” prinsipi üzrə bölməyə yönəlib. XX əsrin əvvəlində İslam dünyasının parçalanması belə adamların fəaliyyətinin kədərli yekunu oldu. Təəssüf ki, bütün bunlar İslam ilə heç bir ümumi cəhəti olmayan terrorizm kimi neqativ halların yaranmasına gətirib çıxarıb”, - deyən Ə.Əl-Haşim xüsusi vurğulayıb ki, bu gün İslam dünyasının həmrəyliyə və birliyə çox ehtiyacı var, çünki bunlar müsəlman ölkələri və bütün bəşəriyyət üçün böyük nemətdir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin hüquqi və dini məsələlər üzrə müşaviri Əl-Sayid Əli ben Əl-Sayid Əbdülrəhman əl-Haşim sonda deyib: “Müsəlmanlar dərindən anlayırlar ki, bütün bəşəriyyət tarixən qohumluq əlaqələri ilə bağlıdır, çünki müqəddəs Quranda göstərildiyi kimi, insan övladının ulu əcdadları Adəm və Həvva olub. Terrorizm, düşmənçilik, aqressivlik kimi neqativ hallar müsəlmanlara xas deyil, əksinə, müsəlmanlar həmişə həmrəylik, sülhsevərlik, qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq kimi ümumbəşəri əxlaqi dəyərlərə çağırırlar. Bütün bunlar sabitliyin, təhlükəsizliyin, quruculuğun və ümumi rifahın rəhnidir. Bir daha qeyd etmək istəyirəm, mən Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi barədə nəcib təşəbbüsünü alqışlayıram və yüksək qiymətləndirirəm”.(azvision.az)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024