Ötən il Azərbaycana 179 cənazə gətirilib
Tarix: 15-02-2017 | Saat: 12:35
Bölmə:Gündəm | çapa göndər
Ötən il ərzində 19 telefonoqram vasitəsilə Respublika Sanitariya-Karantin Müfəttişliyinə (RSKM) 24 nəfər hərarətli şəxs barədə məlumat verilib.
AİA.az xəbər verir ki, RSKM-nin Epidemiologiya şöbəsinin müdiri Yadulla Balışov bu gün keçirilən mətbuat konfransında bildirib ki, ərazi tibb müəssisələri tərəfindən aparılmış müayinələr nəticəsində həmin şəxslərdə "donuz qripi” xəstəliyi qeydə alınmayıb.
Onun sözlərinə görə, ötən il iyunun 28-də AİDS-lə yoluxmuş bir nəfər barədə müfəttişliyə məlumat daxil olub, müvafiq tədbirlərin görülməsi üçün vaxtında AİDS-lə mübarizə mərkəzinə məlumat verilib.
Y.Balışov qeyd edib ki, ötən il respublikaya gətirilən 179 cənazə barədə dövlət sərhəd-keçid məntəqələrindən 86 faks daxil olub:
"Cənazələr arasında yoluxucu xəstəliklərlə xəstələnərək vəfat etmiş şəxs olmayıb. Yoluxucu xəstəlikdən vəfat etmiş şəxslərin dəfni zamanı epidemioloji qaydalara əməl edilir, profilaktik tədbirlər həyata keçirilir. Bu səbəbdən respublikaya gətirilən cənazələr daim nəzarətdə saxlanılır”.
Şöbə müdiri əlavə edib ki, gömrük-sərhəd məntəqələrində yoluxucu xəstəliyə şübhəli hal aşkar edilərsə, müayinənin aparılıb diaqnozun təsdiqlənməsi üçün ərazi tibbi müəssisədən mütəxəssis çağırılır: "Diaqnoz təqribən təsdiqlənərsə, xüsusi təyinatlı nəqliyyat vasitəsilə xəstə hospitalizə olunur və xəbər vermə sxeminə uyğun aidiyyəti təşkilatlara məlumat verilir. Ümumiyyətlə, belə hallarda gömrük-sərhəd keçidlərində profilaktik əks epidemik tədbirlər daha da gücləndirilir.
Gömrük-sərhəd keçidlərində Beynəlxalq Tibbi Sanitariya Qaydalarına və Azərbaycanın qanunvericilik aktlarına uyğun həyata keçirilən Sanitariya-Karantin tədbirləri zamanı səfər edən şəxslərin ləyaqətinə, insani hüquqlarına və azadlıqlarına böyük hörmətlə yanaşılır, nəzakətli münasibət göstərilir. "Donuz qripi” xəstəliyinə görə epidemioloji vəziyyət gərgin olan dövlətlərdən gələn şəxslər arasında aşkar edilmiş şübhəli və temperaturu olan şəxslər barədə məlumatlar həmin şəxslərin tibbi müşahidəyə alınmaları məqsədilə gömrük-sərhəd keçid məntəqələrindəki gömrük xidməti əməkdaşları tərəfindən Respublika Gigiyena və Epidemiologiya mərkəzinə ötürülür”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024