Mobil versiya
"Azərbaycan Dəmir Yolları"nın 10 xəstəxana və tibbi məntəqəsi bağlanıb
Tarix: 15-02-2017 | Saat: 11:35
Bölmə:Gündəm | çapa göndər

"Azərbaycan Dəmir Yolları"nın 10 xəstəxana və tibbi məntəqəsi bağlanıb

Maliyyə Nazirliyinin 17 noyabr 2016-cı il tarixli məktubuna əsasən, yanvarın 1-dən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tibbi xidmət göstərən müəssisələri təsərrüfat hesabına keçib.

QSC-dən Trend-ə verilən məlumata görə, artıq dövlət büdcəsindən bizə maliyyə ayrilmadığına görə rentabellilik səviyyəsi aşağı olan xəstəxanaların fəaliyyəti dayandırılıb.

Həmçinin Salyan Dəmiryol Xəstəxanasının da rentabellik səviyyəsi aşağı olduğuna fəaliyyətinin dayandırılması qərara alınıb.

Ümumilikdə "Azərbaycan Dəmir Yolları" QSC-nin bölgələrdə fəaliyyət göstərən 10 xəstəxana və tibbi məntəqəsi bağlanıb. Bunlar Kürdəmir, Ucar, Lənkəran, Yevlax Dəmiryol ambulatoriyaları, Salyan Dəmiryol Xəstəxanası, Hacıqabul Dəmiryol Xəstəxanası, Mincivan Dəmiryol Xəstəxanası, Gəncə Dəmiryol Gigiyena və Epidemiologiya Mərkəzi, İmişli Gigiyena və Epidemiologiya Mərkəzi, Taun Əleyhinə Stansiyadır.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-sanitar xidmətində Metropoliten işçiləri və dəmiryolçulara pulsuz xidmət göstərilirdi.

AiA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024