Azərbaycanın Media Vizyonu: Şuşa Forumunda Lider Baxışı
Tarix: 23-07-2025 | Saat: 10:17
Bölmə:Siyasət | çapa göndər

İyulun 19-da Qarabağda, Xankəndi şəhərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu öz işinə başladı. Bu tədbirin artıq ənənəvi hal alması və getdikcə öz nüfuzunu artırması ölkəmizin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə xidmət edir.
Forumun birinci günündə dünyanın aparıcı media nümayəndələrinin suallarını cavablandıran cənab Prezident İlham Əliyev COP29-un nəticələri ilə bağlı mühüm açıqlamalar verdi. Məlum olduğu kimi, keçən il 197 ölkənin iştirakı ilə keçirilmiş mühüm iqlim dəyişmələri konfransında bütün dünyadan toplanmış çox böyük auditoriya var idi. Qeydiyyatdan keçmiş 77 min iştirakçı oldu. 200 ölkədən gəlmiş nümayəndələrin sırasında 70 dövlət və hökumət başçısı var idi. Bu, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdi. Həmçinin bir çox insan Bakıya, Azərbaycana ilk dəfə idi ki, səfərə gəlmişdi. Azərbaycan bir daha nümayiş etdirdi ki, ekologiyaya hörmətlə yanaşan ölkədir. Ölkəmizdə elektrik enerjisinin istehsalında nə kömürdən, nə də ki, yanacaqdan istifadə edilmir.
2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında Azərbaycan ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcək. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Azad edilmiş ərazilərdə ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara verilib. Beləliklə, Azərbaycanın yaşıl gündəliyi həqiqətən çox genişdir. Eyni zamanda, Azərbaycanın mesajı ondan ibarət idi ki, dünya ictimaiyyəti həmin məsələyə realist və praqmatik yanaşmalıdır.
Forumda müzakirə olunan məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlı idi. Bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək. Azərbaycan dövləti daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə ölkəmizin əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmur. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Ölkəmiz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyur. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib. Hazırda həmin liman genişləndirilir, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırılır. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də Cənubi Qafqaz regionunda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirmək olar.
Diqqətəlayiq haldır ki, Azərbaycanın daxili gündəliyi də Forum iştirakçılarının maraq və diqqət mərkəzində idi. Cənab Prezident İlham Əliyev bu məsələyə də aydınlıq gətirərək bildirdi ki, Azərbaycanın inkişafında əsas prioritet faydalı qazıntı sahəsi ilə bağlı deyil. Burada IT, aparıcı texnologiyalar sektorunu qeyd etmək lazımdır. Regional inkişafa və regional əməkdaşlığa gəldikdə isə, bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Region ölkələri eyni mövqedən çıxış edirlər. Burada söhbət təkcə tranzitdən getmir. Əsas məsələ tranzit marşrutu boyu infrastrukturun və sahələrin yaradılmasıdır ki, o sahələr əlavə sərmayə cəlb edə bilər. Bu səbəbdən də bir neçə əsas şərtin təmin edilməsi vacibdir. Bunun biri sabitlik və təhlükəsizlikdir. Bu gün regionumuz, Mərkəzi Asiya regionu, Cənubi Qafqaz, ondan Şərqdə və Qərbdə yerləşən ölkələr sabit dövlətlərdir. Xüsusilə də Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir. Əlbəttə ki, bu, bağlılıq layihələrinin təşviqi baxımından mühüm amildir. İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığı təqdirdə ölkə tranzit ölkə ola bilməz. Bütün bunlara nail olmaq üçün isə, sabitlik və təhlükəsizlik mühiti əsas şərtdir. Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur ki, Qafqaz xalqları bundan çox əziyyət çəkiblər. Ona görə də bundan sonra xalqlarımız artıq sülh şəraitində yaşamalı, ölkələrimiz bütün istiqamətlərdə inkişaf etməlidirlər.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər