Mobil versiya
Azərbaycanda 8 tibb müəssisəsi ləğv edilib
Tarix: 15-02-2017 | Saat: 10:10
Bölmə:Qərbi Azərbaycan / Karusel | çapa göndər

Azərbaycanda 8 tibb müəssisəsi ləğv edilib

"Azərbaycan Dəmir Yolları" QSC-nin tərkibində olan bir çox təşkilat ləğv olunub.

Aia.az xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında qeyd edilib.

Bildirilib ki, Həkim-Sanitar Xidmətinin tabeliyində fəaliyyət göstərən Gəncə Dəmir Yolu Gigiyena və Epidemiologiya Mərkəzi, Yevlax Dəmir Yolu Ambulatoriyası, Kürdəmir Dəmir Yolu Ambulatoriyası ləğv olunub.

Eyni zamanda Lənkəran Dəmiryol Ambulatoriyası, Ucar Dəmiryol Ambulatoriyası, İmişli Dəmir Yolu Epidemiologiya Gigiyena Mərkəzi, Hacıqabul Dəmiryolu Xəstəxanası, Salyan Xətt Xəstəxanası da ləğv edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024