Mobil versiya
Azərbaycanı hədələyən terrorçu məhv edildi
Tarix: 15-02-2017 | Saat: 10:02
Bölmə:Gündəm / Manşet | çapa göndər

Azərbaycanı hədələyən terrorçu məhv edildi

Fevralın 5-də "Youtube" portalında İŞİD terrorçusunun Azərbaycan xalqına ünvanlanmış videomüraciəti yayılmışdı.
AiA.az Virtualaz.org-a istinadən xəbər verir ki, terrorçu Azərbaycanı terror aktları ilə hədələyirdi.

Usama ben Ladeni yamsılayan yaraqlı iki "Kalaşnikov” avtomatının fonunda bütün Azərbaycan xalqını təhdid edirdi.

Lakin bir neçə saat əvvəl "Facebook” sosial şəbəkəsində bu terrorçunun cəsədinin fotoları yayılıb. Onun çıxışının və öldürülməsinin dəqiq tarixləri məlum deyil.

Ehtimal olunur ki, o, öz videomüraciətini sosial şəbəkələrdə yerləşdirdiyi tarixdən xeyli əvvəl hazırlayıb və bundan sonra Suriyada məhv edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024