Mobil versiya
Bələdiyyələrlə bağlı illik məruzə qəbul olundu
Tarix: 14-02-2017 | Saat: 14:18
Bölmə:Siyasət / Manşet | çapa göndər

Bələdiyyələrlə bağlı illik məruzə qəbul olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrlə iş Mərkəzinin İllik Məruzəsi dinlənilib.

AİA.az AzVision.az-a istinadən xəbər verir ki, illik məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

Məruzədə bildirilib ki, 2016-cı ildə 27 müraciətlə bağlı inzibati araşdırmalar aparılıb. Onlardan 9-u nöqsan xaratkerli, 3-ü isə maliyyə əməliyyatlarının pozulması ilə bağlı olub. Maliyyə ilə bağlı vurulmuş ziyan təmin edilib.

Bundan başqa, 18 müraciət əsasında aparılan araşdırmalar zamanı çox ciddi qanun pozuntuları aşkarlanıb və onlara hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. 2016-cı ildə ümumilikdə 58 iş istintaq orqanına göndərilib. 12 faktla bağlı cinayət işi başlanılıb, 1 halda məhkəmənin qanuni qüvvəyə mindiyi hökmü var.

Bələdiyyə aktlarının hüquqi ekspertizası nəticəsində 6.370 ha torpaq sahəsinin icarəyə, 12 ha istifadəyə, 305 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə qanunsuz olaraq verilməsi müəyyən edilib və həmin qərarlar nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr və iddia əsasında məhkəmələr tərəfindən ləğv edilib.

Müraciətlər əsasında aparılan araşdırmaların nəticəsində qanunsuz ayrılmış 1.673 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb. Bütövlükdə 8.359 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. Bələdiyyə mülkiyyətinə qaytarılan torpaq sahələrinin həcmi 2015-ci illə müqayisədə 6 dəfə artıb. Onlar 8.816 ha qanunsuz icarəyə, 205 ha qanunsuz xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri olub.

Müzakirələrdən sonra Milli Məclis bələdiyyələrlə bağlı illik məruzəni qəbul edib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024