Mobil versiya
İnsan Haqları İnstitutu: Azərbaycan işğal altındakı ərazilərə səfərlərin qanunsuz olduğunu dəfələrlə bəyan edib
Tarix: 12-02-2017 | Saat: 16:48
Bölmə:Siyasət | çapa göndər

İnsan Haqları İnstitutu: Azərbaycan işğal altındakı ərazilərə səfərlərin qanunsuz olduğunu dəfələrlə bəyan edib





Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası beynəlxalq normalara uyğun həyata keçirilib və bu məsələdə heç bir qanun pozuntusu baş verməyib.
Aia.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.

Ermənistan tərəfindən işğal olunmuş torpaqların Azərbaycanın tarixi torpaqları olduğunu xatırladan A.Mustafayeva qeyd edib ki, Azərbaycan dəfələrlə işğal olunmuş ərazilərə başqa ölkələrin vətəndaşları tərəfindən edilən səfərlərin qanunsuz olduğunu bəyan edib.

İnstitut direktoru əlavə edib ki, A.Lapşin də Azərbaycan qanunvericliyinin tələblərini kobud surətdə pozaraq 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə səfər edib.

A.Mustafayeva işğal altındakı torpaqlara etdiyi qanunsuz səfərə görə A.Lapşinin adınının "arzuolunmaz şəxslər" siyahısına daxil edildiyini xatırladıb: "Azərbaycan uzun müddət Dağlıq Qarabağa qanunsuz səfər edən şəxsləri "qara siyahıya" daxil etməklə kifayətlənirdi. Lakin bu addım da qeyri-adekvat olurdu, ona görə də Azərbaycan bu məsələnin həlli üçün başqa yola keçdi".

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarusın hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya olunub.

Təqsirləndirilən şəxs A.Lapşin beynəlxalq qanunvericiliyin tələblərinə əsasən Azərbaycana ekstradisiya olunduqdan dərhal sonra - fevralın 8-də Xarici İşlər Nazirliyi vasitəsilə vətəndaşı olduğu ölkələrin Azərbaycandakı səfirliklərinə rəsmi məlumatlar təqdim edilib.

Fevralın 8-də cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada təqsirləndirilən şəxs A.Lapşinin hüquqi yardım almaq və müdafiə hüququ tam təmin edilərək müdafiəçi və tərcüməçinin iştirakı ilə ona ittihamlar elan edilib, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilib.

A.Lapşin Ədliyyə Nazirliyin Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilib və praktiki sağlam hesab edilməklə hər hansı müalicəyə zərurət yaradan patologiya aşkar olunmayıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024