Mobil versiya
Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdr
Tarix: 20-06-2025 | Saat: 19:19
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdr

Azərbaycan tarixi göstərir ki, bu xalq mübarizə əzmi ilə böyüyüb, dövlətçilik ənənələrini qoruyaraq bu günə gəlib. Bu mübarizənin mərkəzində isə hər zaman güclü ordu dayanıb. Müasir Azərbaycan Ordusu isə artıq yalnız müdafiə qüvvəsi deyil, Azərbaycanın siyasi iradəsinin, iqtisadi qüdrətinin, xalqın sarsılmaz birliyinin və milli qürurunun təcəssümüdür. 26 İyun – Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü təkcə hərbi tariximizin bir səhifəsi deyil. Bu, Azərbaycan xalqının qürur və şərəf günüdür. Bu gün xalq, dövlət və ordunun bir amal uğrunda birləşdiyinin təntənəsi, güclü Azərbaycan, əbədi müstəqillik və birmənalı sülhün günüdür. Tarixi bir gerçəklik var. Ordunun təməlini Ulu Öndər Heydər Əliyev qoydu. Azərbaycan müstəqilliyə qovuşduğu ilk illərdə böyük çətinliklərlə üz-üzə qalmışdı. Siyasi idarəetmədə böhran hökm sürürdü, nizami ordu yox idi. O vaxt xalqın çağırırdı xilaskar liderə ehtiyac var idi. Bu lider isə Ulu öndər Heydər Əliyev oldu. Ulu Öndər Azərbaycanı xaosdan xilas edərkən bir məsələni xüsusi ön plana çəkdi – güclü ordu qurmaq. “Dövlət müstəqilliyini əbədi və dönməz etmək üçün güclü orduya malik olmaq vacibdir,” – deyirdi Ulu öndər Heydər Əliyev. Bu, sadəcə bir çağırış deyildi. Ulu Öndər hər bir addımında sübut etdi ki, müstəqillik ancaq güclü silahlı qüvvələrlə qoruna bilər. Onun rəhbərliyi ilə Azərbaycan Ordusunun əsas struktur islahatları həyata keçirildi, hərbi məktəblər yenidən formalaşdırıldı, milli zabit korpusu yaradıldı. Ulu Öndər Silahlı Qüvvələrə şəxsi qayğısını heç vaxt əsirgəmədi. Azərbaycan Ordusuna etibar etməyi, əsgərə hörmətlə yanaşmağı, Vətənin müdafiəsini hər bir azərbaycanlının borcu kimi görməyi xalqın şüuruna məhz Ulu Öndər yeritdi. Bu gün cənab Prezident İlham Əliyev Qələbə Ordusunun Ali Baş Komandanı kimi tarixə yazıldı. Tarix Heydər Əliyevin siyasətini davam etdirən cənab İlham Əliyevi yeni bir zirvəyə apardı. O, Azərbaycan Ordusunu 21-ci əsrin müasir və güclü ordularından birinə çevirdi. Cənab Prezident İlham Əliyev silahlı qüvvələrin modernləşdirilməsi, hərbi texnologiyaların ən son nümunələrinin Azərbaycan Ordusuna gətirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması üçün ciddi islahatlar həyata keçirdi. Cənab Prezident İlham Əliyev qətiyyətlə bildirdi: “Bizim güclü ordumuz var. Azərbaycan xalqı hər zaman bu ordunun arxasındadır və bu ordu bizim torpaqlarımızı azad edəcək.” Bu tarixi çağırış 2020-ci ilin Vətən müharibəsində şanlı Qələbə ilə gerçəkləşdi. Azərbaycan Ordusu 30 illik işğala 44 gündə son qoyaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bu, sadəcə bir hərbi qələbə deyildi – bu, xalqın öz milli ləyaqətini bərpa etməsi, tarix qarşısında ədalətin bərqərar olması idi. Ali Baş Komandan İlham Əliyevin cəbhə ilə siyasi meydanı birləşdirən bu möhtəşəm ifadəsi həmin günlərin yaddaşında əbədi qaldı:
“Azərbaycan öz gücünü döyüş meydanında sübut etdi. Biz bu qələbəni ordu-xalq birliyi ilə qazandıq!” Azərbaycan əsgəri bir əfsanəyə çevrildi. O, yalnız torpaqları azad etmədi, bir millətin inamını, qürurunu və tarixi haqqını geri qaytardı. Azərbaycan Ordusu həm də güc və sülh platformasıdır. Azərbaycan bu gün dünyaya göstərir ki, güclü orduya malik olmaq, yalnız müharibə aparmaq üçün deyil. Güclü ordu həm də sülhə çağırış, sabitliyə təminatdır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri məhz bu ordunun yaratdığı təhlükəsizlik mühitində davam etdirilir. Azərbaycan Prezidentinin bu fikri bu gün regionun geosiyasi mənzərəsini izah edir:
“Biz sülh istəyirik. Ancaq gücümüz də var. Sülh istəyən bizik, ancaq sülhü diqtə edən də bizik.” Bu sözlər Azərbaycan Ordusunun yeni funksiyasını müəyyən edir – bu gün Azərbaycan Ordusu yalnız müharibə meydanında deyil, diplomatik masada da ölkəmizin maraqlarının qoruyucusudur. Azərbaycan əsgəri indi sərhəd boyu möhkəm dayanır. O, sülhə aparan yolun etibarlı keşiyindədir. O, bu gün Vətən torpağında yeni yollar, yeni şəhərlər, yeni həyatların təhlükəsizliyini təmin edir. Həqiqət bu ki, Azərbaycan Əsgəri millətin dayağıdır. Bu gün Azərbaycan əsgəri sadəcə vəzifəsini yerinə yetirmir. O, bir simvoldur – qürurun, şərəfin, fədakarlığın simvolu! O, Vətən üçün canını verməyə hazırdır. Bu gün Azərbaycanın hər bir bölgəsində, hər bir sərhədində əsgərlərimizin dayanması xalqımıza sonsuz güvən verir. Cənab Prezident İlham Əliyev Azərbaycan əsgərinə verdiyi qiyməti belə ifadə etmişdir: “Azərbaycan əsgəri Vətən üçün canını fəda etdi və bu gün o, xalqımızın qəhrəmanlıq salnaməsində əbədi yaşayır.” Azərbaycan əsgərinin qələbə ruhu hər bir vətəndaşın qəlbində əks-səda tapır. Onun fədakarlığı təkcə döyüş meydanında deyil, həm də sülhün, sabitliyin qorunmasında özünü göstərir. 26 iyun – Azərbaycan Ordusunun yaradıldığı gün bizim milli bayramımızdır. Bu gün hər bir azərbaycanlının qəlbi ordumuzla döyünür. Bizim ordumuz bizim gücümüzdür, bizim sabitliyimizin təminatıdır. Azərbaycan Ordusu gələcəyimizin təminatçısıdır. Bu ordu qələbələr üçün yaradılıb, bu ordu müstəqilliyi qorumaq üçün yetişdirilib

Bayramın mübarək, Azərbaycan Ordusu! Bayramın mübarək, qəhrəman əsgər!

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025