Tahir Məmmədov: “Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin dahi xilaskarıdır”
Tarix: 12-06-2025 | Saat: 13:54
Bölmə:Siyasət | çapa göndər

“Artıq beşinci ildir ki, xalqımız 15 iyun – Milli Qurtuluş Gününü qalib xalq olaraq qeyd edir. 2020-ci ildə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq 30 illik erməni işğalına son qoydu. Bununla da Ulu Öndərimizin ən böyük, ən mühüm vəsiyyətinə əməl olundu. Keçən il isə, ilk dəfə olaraq Azərbaycan xalqı Qurtuluş Gününü istisnasız olaraq ölkənin bütün ərazisində, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qeyd etdi. 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatının nəticəsi olaraq, Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və qalan bütün digər ərazilər də erməni separatizminin son tör-töküntülərindən azad edildi. Bu, sözün əsl mənasında, Heydər Əliyev ideyalarının növbəti zəfər təntənəsi oldu.”
Bu fikirləri aia.az-a açıqlamasında Yasamal Bələdiyyəsinin sədri, Yeni Azərbaycan Partiyasının üzvü Tahir Məmmədov səsləndirib.
Daha sonra müsahibimiz Ümummilli Lider Heydər Əliyevin öz ölkəsi və xalqı naminə nümayiş etdirdiyi misilsiz fədakarlıqdan bəhs edərək bunları deyib: “Ulu Öndər Heydər Əliyevin iki müxtəlif ictimai-siyasi quruluşda, fərqli ideoloji tələblər şəraitində Azərbaycana uğurla rəhbərlik etməsi, respublikanı daim inkişafa istiqamətləndirməsi lider şəxsiyyətlərin öz ölkələrinin tarixində tutduqları yeri və öz xalqlarının taleyində oynadıqları əvəzolunmaz rolu barədə konkret təsəvvürlər yaradır. Ulu Öndər Heydər Əliyevin istər keçmiş sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycanın rəhbəri kimi fəaliyyəti də məhz bu kimi taleyüklü məqamlarla səciyyələnir. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il mövcud olduğu kimi, 1991-1992-ci illərdə gedən proseslər də yeni müstəqillik əldə etmiş ölkəmizi böyük təhlükələrlə üz-üzə qoymuşdu. Həm də bu dəfə vəziyyət daha mürəkkəb, təhlükələr daha böyük idi. Əgər 1920-ci ildən sonra Azərbaycan formal da olsa müstəqil ölkə kimi mövcud idisə, artıq 1993-cü ildə ölkəmiz Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və tam olaraq dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Məhz belə bir ağır, ən müxtəlif təhlükə və risklərlə dolu olan tarixi məqamda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirərək, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Təsadüfi deyil ki, qədirbilən xalqımız öz böyük xilaskar oğlunun yenidən hakimiyyətə gəldiyi günü, 15 iyun tarixini Milli Qurtuluş Günü kimi qeyd edir.”
Fikirlərini davam etdirən Tahir Məmmədov Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müasir müstəqil Azərbaycan respublikasının istənilən bir sahəsinin formalaşmasında və inkişfında müstəsna xidmətləri olduğunu qeyd edib və bildirib ki, Ulu Öndər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkib və Azərbaycanın inkişafı üçün malik olduğu bütün imkanlardan həmişə maksimum istifadə edib: “Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Ümummilli Liderimizin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Heç bir şübhə yoxdur ki, ölkəmizin hərtərəfli inkişafı üçün Ümummilli Liderimizin hazırladığı və cənab Prezident İlham Əliyev tərəfindən hazırda inamla inkişaf etdirilən strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə və güclənməsinə xidmət edəcək” – deyə, Tahir Məmmədov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-07-2025
01-07-2025