Mobil versiya
Ərdoğan: İlham Əliyev Qarabağın hər guşəsinin inkişafı üçün səylərini səfərbər edib
Tarix: 03-06-2025 | Saat: 09:02
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ərdoğan:

Azərbaycanın müzəffər lideri İlham Əliyev Qarabağın hər guşəsinin inkişafı və çiçəklənməsi üçün səylərini səfərbər edib.

aia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdə bu yaxınlarda Azərbaycana etdiyi səfərini məmnunluqla xatırlayıb. Səfər zamanı o, Laçın Beynəlxalq Hava Limanının açılışında və 28 may - Müstəqillik Günü münasibətilə keçirilən bayram tədbirlərində iştirak etmişdi.

“Qalib lider Prezident İlham Əliyevin səyi ilə 30 illik işğaldan sonra bütün Qarabağda inkişaf və infrastruktur səfərbərliyi gedir. İşğalın yaraları sürətlə sağalır. Türkiyə olaraq biz də hər cür dəstəyi veririk”, - Ərdoğan deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2025