Mobil versiya
Azərbaycanın enerji sektoruna böyük maraq var   - DEPUTAT
Tarix: 02-06-2025 | Saat: 22:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycanın enerji sektoruna böyük maraq var  
 
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra onun iqtisadi gücünün yüksəldilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirildi. Belə tədbirlər dövlətin sərhədləri xaricində də maraqla qarşılanırdı və bu maraq dünyanın iri dövlətlərinin diqqətini Azərbaycana yönəldirdi. İqtisadi inkişaf həm də neft sənayesi ilə bağlı idi, dünyanın inkişaf etmiş dövlətləri Azərbaycanla böyük beynəlxalq neft müqavilələri imzalayırdı. Azərbaycanda Bakı Ekspo Mərkəzinin yaradılması da,  Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi də, “Baku Energy Forum”u da belə iqtisadi əlaqələrdəndir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış etdi. Dövlət başçımız çıxışında “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişdən, Azərbaycanda genişmiqyaslı islahatlar həyata keçirildiyindən, milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində Azərbaycanda yoxsulluğun azaldılmasından, Azərbaycanla tərəfdaş dövlətlər ilə birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa edilməsindən söz açaraq dedi: “…Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır. Ötənilki “Bakı Enerji Həftəsi”ndəki çıxışım zamanı mən iştirakçılara məlumat verdim ki, o zaman biz səkkiz ölkəyə təbii qaz ixrac edirdik. Bu gün isə deyə bilərəm ki, həmin ölkələrin sayı 12-yə çatıbdır və bu, hələ də son deyil”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycanın hasilatı artırmaq niyyətində olduğunu, müqavilələr imzalandığını, bu prosesin davam etdiyini, 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artacağını, xarici bazarlara təklif ediləcəyini bildirərək dedi: “Azərbaycanda neft və qazla zəngin olan ölkəmizin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoymasının bir dövlət olaraq azərbaycanın məsuliyyəti olduğunu bildirən Azərbaycn Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi ki, “Bütün bu yaşıl enerji potensialımız sayəsində biz, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək”.
Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılışı Azərbaycanın enerji sektoruna böyük maraq olduğunu təsdiqləyən tədbir kimi tarixləşdi...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2025