Mobil versiya
Laçında keçirilən Zirvə görüşü strateji baxımdan uğurlu geosiyasi addımdır
Tarix: 29-05-2025 | Saat: 17:45
Bölmə:Siyasət | çapa göndər

Laçında keçirilən Zirvə görüşü strateji baxımdan uğurlu geosiyasi addımdır

28 illik işğaldan azad edilmiş Azərbaycan torpaqlarında quruculuq işləri genişlənir. Dövlət müstəqilliyinin 107-ci ilini yenidən qurulan Laçında qeyd olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şəriflə bu şəhərdə görüşü Ankara-Bakı-İslamabad əlaqələrinin yüksək səviyyəsinin təsdiqidir. Hər üç ölkənin liderlərinin Laçın görüşü regional və qlobal miqyasda ciddi marağa səbəb oldu.

Xüsusilə, ölkəmiz dünyaya Laçında yaradılmış şəraiti, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması sahəsində görülən işlərin miqyasını nümayiş etdirdi. Azərbaycan dövləti Laçın və işğaldan təmizlənən başqa bölgələrin Azərbaycanın əbədi, tarixi torpaqları olduğunu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Bundan başqa, Qarabağda və Şərqi Zəngəzurda kənardan yardım olmadan, yalnız öz gücümüzə geniş tikinti- quruculuq işlərinin aparılması, yeni elektrik xətlərinin çəkilməsi, yol, köpü, tunel inşası həm də Azərbaycanın iqtisadi gücünün göstəricisdir.

Bəli, məhz Laçında keçirilən üçtərəfli Zirvə görüşü təkcə simvolik hadisə deyil, həm də strateji baxımdan gələcəyə yönəlmiş diplomatik və geosiyasi addımdır. Azərbaycan üçün bu, beynəlxalq legitimliyin və regional liderliyinin gücləndirilməsi deməkdir. Türkiyə və Pakistan üçün isə bu platforma Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının açılması və öz strateji mövqelərinin daha da gücləndirilməsi mənasını verir.

Xüsusilə hər üç qardaş və dost ölkənin bundan sonrakı dövrlərdə də bu çərçivədə birgə hərbi təlimlərin, enerji layihələrinin və beynəlxalq forumlarda koordinasiyalı mövqelərin şahidi olacağımıza inanırıq.. Laçın zirvə görüşü görüşü bir başlanğıc kimi regionda yeni güc mərkəzinin formalaşmasında həlledici addımlardan biri hesab edilə bilər.

Zirvə görüşündə Prezident İlham Əliyev Türkiyə və Pakistanın 2020-ci il Vətən Müharibəsi zamanı göstərdiyi siyasi və mənəvi dəstəyə görə, onlara bir daha minnətdarlığını bildirdi. Ona gr əki, bu iki qardaş ölkənin Azərbaycanın haqlı mövqeyini dəstəkləməklə regionda ədalətin bərpasına töhfə verdi. Ölkəmizin başçısı bildirdi ki, Azərbaycan da öz növbəsində həmişə Türkiyə və Pakistanın yanında olub, bu da qarşılıqlı etimad və həmrəyliyin bünövrəsini təşkil edir.

Qüruverici haldır ki, qardaş ölkə liderlərinin ölkəmizə səfəri münasibətlərimizin sarsılmaz olduğunu göstərməklə yanaşı, daha böyük uğurlara yol açacaq mərhələnin təməlini qoydu. Zirvə görüşündə ölkə başçılarının səsləndirdiyi fikirlər təsdiq etdi ki, bölgədə Azərbaycan, Türkiyə və Pakistan müqayisəolunmaz güc mərkəzidirlər. Xüsusilə anlaşıldı ki, dərin köklərə malik qardaşlıq və üç ölkə liderinin yüksək diplomatik bacarığı daha ciddi perspektiv vəd edir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025