“15-17 yaşlı qızlar ildə 3 min uşaq dünyaya gətirirsə...”
Tarix: 10-02-2017 | Saat: 12:31
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
“İl ərzində 15-17 yaşlı qızlar 3 minə yaxın uşaq dünyaya gətirirsə, bu, bizi narahat etməlidir".
Bunu AzadlıqRadiosuna Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib.
Problemlər nədədir? Qızlar erkən ərə gedir, yoxsa məktəbyaşlı qızların ailədən kənar uşaqları olur?
Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl bu məsələdə əsas səbəb kimi erkən nikahları gördüyünü deyir. Onun sözlərinə görə, erkən nikahların həm sosial, psixoloji, iqtisadi, siyasi fəsadları var. Ekspert deyir ki, bunun qarşısını almaq üçün çox ciddi addımlar atılmalıdır.
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da bildirir ki, bunun əksəriyyəti erkən nikahlardan doğulan uşaqlardır. Onun sözlərinə görə təsadüfi münasibətlərdən doğulan uşaqlar bunun çox az hissəsini təşkil edir.
Mehriban Zeynalova deyir ki, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi həm deyir ki, 15 -17 yaşlı yeniyetmələr il ərzində 3 min uşaq dünyaya gətirib, həm də onu deyir ki, cəmi 3 nəfər erkən nikahlarla bağlı məsuliyyətə cəlb olunub. Ekspert bu məsələdə anlaşılmazlığın olduğunu qeyd edir.
Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin hüquq müdafiəçisi Sədaqət Paşayevanın sözlərinə görə erkən nikahlar rəsmi olmadığından doğulan uşaqların erkən nikahlardan və yaxud qeyri-rəsmi münasibətlərdən dünyaya gəldiyini söyləmək çətindir.
Hüquq müdafiəçisi deyir ki, təhsildən yayınan yeniyetmə qızlar internet, telefon vasitəsi ilə özlərinə partnyor tapırlar ki, bu da sonda belə nəticələr verə bilir. (qafqazinfo)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
13-11-2024