Türkiyənin Vitse-prezidenti: Çətin günlərdə yanımızda olan Azərbaycanı eyni könül birliyi ilə dəstəkləyəcəyik
Tarix: 27-05-2025 | Saat: 08:24
Bölmə:Manşet / Siyasət | çapa göndər

2023-cü ilin 6 fevralında ölkəmizdə baş verən zəlzələdə çətin günlərdə və terrordan azad Türkiyə prosesində hər zaman yanımızda olan Azərbaycanı hər şəraitdə, eyni könül birliyi ilə dəstəkləməyə davam edəcəyik.
aia.az xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Beştepe Konqres və Mədəniyyət Mərkəzində keçirilən "28 May Azərbaycan Cümhuriyyətinin Müstəqillik Günü Proqramı"nda deyib.
Cevdet Yılmaz qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı sarsılmaz qardaşlıq yan-yana dalğalanan bayraqlarımız kimi birlikdə durmağa davam edəcək.
O, Azərbaycanın Müstəqillik Günü kimi şərəfli günün Türk dünyasının ortaq qüruru olduğunu vurğulayıb: “Türkiyə-Azərbaycan arasında sarsılmaz qardaşlıq bağları var və bu davam edəcək”.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi istiqamət və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin regionda təsirli və mötəbər mövqe qazandığını bildirən Cevdet Yılmaz deyib: "Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev arasında olan səmimi münasibətlər ölkələrimiz arasında yüksək səviyyəli dialoqu və strateji tərəfdaşlığı dərinləşdirib. Onlar əməkdaşlığımızı 2021-ci il iyunun 15-də azad Qarabağın mirvarisi olan Şuşada imzalanan Bəyannamə ilə müttəfiqlik səviyyəsinə çatdırıblar. “İki dövlət, bir millət” anlayışı institusional əməkdaşlıqlarla gündən-günə möhkəmlənir”.
Azərbaycanın Baş naziri Əli Əsədovun həmsədri olduğu Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya vasitəsilə geniş spektrdə fəaliyyət planları həyata keçirdiklərini ifadə edən Cevdet Yılmaz qeyd edib ki, ötən il 11-ci iclas keçirilib: “2024-cü ildə ümumi ticarət həcmimiz təxminən 8 milyard dollara çatdı. İkitərəfli ticarət həcmini 15 milyard dollara çatdırmaq məqsədimizə doğru qərarlı və planlı addımlarla irəliləyirik”./report
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-05-2025