Prezident xanımı ilə açılışda - Yenilənib
Tarix: 10-02-2017 | Saat: 11:15
Bölmə:Siyasət | çapa göndər
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Bakıdakı 1 saylı poçt filialında aparılmış yenidənqurma işlərindən sonra fevralın 10-da yeni xidmət mərkəzinin açılışı olub.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına yeni xidmət mərkəzi barədə məlumat verib.
Bildirilib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər poçt və telekommunikasiya binalarında yaradılan yeni xidmət mərkəzlərində təqdim ediləcək. “Şəbəkə” adlanan ilk xidmət mərkəzi paytaxtın Üzeyir Hacıbəyli küçəsindəki 1 saylı poçt filialında istifadəyə verilib. Mərkəzdə son texnoloji tələblərə uyğun avadanlıqlar – müasir lazer printerlər, monoblok kompüterlər, özünəxidmət köşkləri, valyuta mübadiləsi və ödəmə terminalları, ATM, bank sistemində tətbiq olunan növbə aparatı (Q matik), tam yenilənmiş abunə qutuları quraşdırılıb, müasir tələblərə cavab verən çeşidləmə otağı yaradılıb.
Dövlət başçısı və xanımı yeni xidmət mərkəzi ilə tanış olublar.
***
İlham Əliyev və xanımı Mehriban Əliyeva eyni zamanda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dövlət başçısına və xanımına burada aparılan işlər barədə məlumat verib. (AZƏRTAC)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
13-11-2024