Mobil versiya
Azərbaycanda vulkanların sayı açıqlandı
Tarix: 09-02-2017 | Saat: 12:09
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanda vulkanların sayı açıqlandı






20 il əvvəl Cənubi Xəzərdə 170 palçıq vulkanının olduğu hesab edilirdisə, bu gün dənizdəki vulkanların sayı 230-a çatıb.

“AİA.AZ” Trend-ə istinadən xəbərinə görə, bunu AMEA-nın Geologiya və Geodeziya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev deyib.

İnstitut tərəfindən dünya palçıq vulkanlarının atlasının hazırlanması zamanı palçıq vulkanları ilə bağlı yeni məlumatların əldə edildiyini deyən A.Əliyev qeyd edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da aparılan elmi tədqiqatlar zamanı yeni vulkanlarla bağlı məlumatlar əldə edilir: “Vaxtilə - 20 il əvvəl Cənubi Xəzərdə 170 palçıq vulkanının olması deyilirdisə, bu gün onların sayı 230-a çatıb. Ola bilsin ki, gələcəkdə daha geniş məlumat öyrənildikdə bu say daha da artsın. Bizdə elə vulkanlar var idi ki, onların dəqiq adlarını bilirik. Amma elə vulkanlar da var ki, onların olduğu güman edilir”.

A.Əliyevin sözlərinə görə, Xəzərdə 8 ada vulkanı var ki, onlar da vulkan mənşəli, yəni vulkanların püskürməsi nəticəsində əmələ gəlib.

A.Əliyev qeyd edib ki, dünyadakı 2500 palçıq vulkanının 353-ü Azərbaycandadır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024