Mobil versiya
`Fəxr edirəm ki, oğlum şəhid olub` - Milli Qəhrəman atası
Tarix: 08-02-2017 | Saat: 16:38
Bölmə:Siyasət | çapa göndər

`Fəxr edirəm ki, oğlum şəhid olub` - Milli Qəhrəman atası




“Oğlum Çingiz Qurbanova Milli Qəhrəman adının verilməsi torpaqlarımız uğrunda canından keçən bütün şəhidlərimizə verilən qiymətdir”

"AİA.AZ xəbər verir ki, bunu AzVision.az-a ötən gün prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülən şəhid əsgər Çingiz Qurbanovun atası Salman Qurbanov deyib.

Milli Qəhrəmanın atası buna görə ölkə başçısına təşəkkürünü bildirib.
“Cənab prezident İlham Əliyevə təşəkkür edirəm. Azərbaycan xalqı gördü ki, prezidentimiz öz şəhidlərinə necə qiymət verir. Fəxr edirəm ki, oğlum Çingiz Qurbanov vətən, torpaq uğrunda şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev şəhid Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib (ölümündən sonra).



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024