Lapşini Azərbaycanda nə gözləyir? - 13 il həbs və ya azadlıq
Tarix: 08-02-2017 | Saat: 12:45
Bölmə:Gündəm | çapa göndər
Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışlar etməkdə təqsirləndirilərək həbs edilən və dünən ölkəmizə ekstradisiya olunan israil əsilli Belarusiya vətəndaşı Aleksandr Lapşini hansı cəzanın gözlədiyi müzakirələrə səbəb olub.
"AİA.AZ" xəbər verir ki, bu mövzunu “Qafqazinfo”ya şərh edən vəkil Cavid Rzazadə bildirib ki, A.Lapşin cinayəti tək törətməyib: “Ona Azərbaycan Cinayət Məcəlləsinin 281-ci maddəsinin 2-ci bəndi və 318-ci maddəsinin 2-ci bəndi üzrə ittiham elan edilib. Bu bəndlər cinayətin tək deyil, bir qrup şəxs halında və ya mütəşəkkil formada törədildiyini ehtiva edir. Lapşin öz bloqunda həmin şəxslərin adlarını çəkib. Özü qeyd edib ki, orada erməni tanışlar var və onların vasitəsilə insanları Qarabağa səfər etməyə çağırış edib. Ekstradisiyadan sonra Lapşin istintaqda dindirilərkən çox güman ki, adlarını çəkdiyi adamların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün addımlar atılacaq. Yekunda Lapşinin cinayət işi ayrıca icraata verilərək məhkəməyə göndəriləcək. Digərləri barəsində isə istintaq hərəkətləri davam etdiriləcək. Aleksandr Lapşin ittiham olunduğu cinayət əməllərinin Azərbaycanın Qarabağ bölgəsində törətdiyi üçün çox güman ki, onun işinə ərazi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacaq”.
C.Rzazadə qeyd edib ki, bloqqerə güzəşt olunmayacağı təqdirdə minimum 5, maksimum 13 il həbs cəzası verilə bilər:
“Aleksandr Lapşini ittiham olunduğu 281-ci maddə üzrə 5 ildən 8 ilədək, 318-ci maddə üzrə isə 5 ilədək həbs cəzası gözləyir. Cinayət Məcəlləsinin 66-cı, cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi maddəsi tətbiq edilməklə qeyd etdiyimiz cəzalar tam və ya qismən toplanmaqla hökm verilə bilər. Tam toplandıqda 13 il, qismən toplandıqda minimum 5 il müddətinə həbs cəzası veriləcək. Bundan başqa, hökm verilərkən Cinayət Məcəlləsinin 62-ci, daha yüngün cəza təyin edilməsi maddəsi təyin ediməklə 5 ildən də az həbs verilə bilər. Həmçinin, məcəllənin 70-ci maddəsinin tətbiqi mümkün olan şəxslər dairəsi qeydi müəyyən olduğu üçün və hər hansı məhdudiyyət olmadığı üçün Lapşinə bu maddə tətbiq edilə bilər və o, şərti cəza alaraq azadlığa buraxıla bilər. Bunları qanunverciliyin imkan verdiyi hallardır, yekun qərarı məhkəmə verəcək”.
Vəkil A.Lapşin barəsində olan cinayət işinin ictimaiyyətə bəlli olan ağırlaşdırıcı və yüngülləşdirici hallarını da açıqlayıb: “O, hadisədən sonra öz bloqunda Azərbaycan prezidentindən üzr istəyib, təqsirini boynuna alıb və peşmanlıq keçirdiyini bildirib. Digər tərəfdən özü cinayət əmələrini törətməklə qalmayıb, başqalarının bunu təkrarlaması üçün çağırışlar da edib və bunun üçün köməklik edəcəyini vəd edib. Lapşin həbs olunmadan öncə bloqunun parolunu qeyri-rəsmi birgə yaşadığı qadına verib və həmin şəxs də yazıları silib. Lakin Azərbaycan prokurorluğu həmin yazıların “screen”lərini sübut kimi götürüb və güman ki, cinayət işinin materiallarına da əlavə edilib”.
Qeyd edək ki, A.Lapşin hazırda Bakı 1 saylı İstintaq Təcridxanasına köçürülüb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər