Mobil versiya
İcra başçısı kənd sakinləri ilə görüşdü
Tarix: 08-02-2017 | Saat: 11:31
Bölmə:Gündəm | çapa göndər

İcra başçısı kənd sakinləri ilə görüşdü





Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun Babı, Arayatılı və Mollaməhərrəmli kənd sakinləri ilə səyyar-qəbul görüş keçirib.

Görüşdə rayonun xidmət təşkilatlarının və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. A. Alıyev çıxış edərək bu cür görüşlərin ölkə başçısının tapşırığı ilə keçirildiyini bildirib. Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin həmin kəndlərdə gördükləri işlərə dair hesabatları dinlənilib. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Alı Alıyev Babı, Arayatılı və Mollaməhərrəmli kəndlərində pambıqçılıq və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin edilməsi ilə bağlı görülən işlərlə maraqlanıb, kənd sakinlərinə həyatyani və pay torpaqlarından səmərəli istifadə etməyi, kənd təsərrafatı məhsullarına olan daxili tələbatlarını özlərinin istehsal etdikləri ekoloji təmiz məhsullarla ödəməyi tövsiyyə edib. (Qafqazinfo)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024