Lapşin Bakıya qandallı gətirildi - Foto
Tarix: 08-02-2017 | Saat: 10:59
Bölmə:Siyasət | çapa göndər
Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edən, öz bloqunda Dağlıq Qarabağı müstəqil respublika kimi qeyd edən israilli bloqçu Aleksandr Lapşin Bakıya ekstradisiya olunub.
Onu gətirən təyyarə bu dəqiqələrdə Bakı aeroportuna enir.
Qeyd edək ki, Belarus Ali məhkəməsi bu gün bloqqerin Azərbaycana ekstradisiyasına dair qərarından verdiyi şikayəti təmin etməyib.
Xatırladaq ki, A.Lapşinın hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilmişdi.
Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Lapşin saxlanılmışdı.
Belarus prezidenti Aleksandr Lukaşenko bloqqerin ekstradisiya məsələsinə belə münasibət bildirmişdi:
“Belarusun Aleksandr Lapşini Azərbaycana verməməsi üçün heç bir səbəbi yoxdur”.
***
Təyyarə artıq hava limanına enib. (Qafqazinfo)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024