"Qərb dairələri, istər daxildəki radikallar bir özlərinə baxsınlar" - Deputat
Tarix: 22-04-2025 | Saat: 12:18
Bölmə:Parlament | çapa göndər

"İndi bir sıra hallarda kimlərinsə bizə şəffaflıq, yaxud maliyyə intizamı barədə dərs keçmək cəhdlərinə şahidlik edirik, amma istər Qərb dairələri, istər daxildəki radikallar bir özlərinə baxsınlar".
aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Millət vəkili qeyd edib ki, Bayden hakimiyyətinin Ukrayna siyasəti üzərindən 200 milyardlıq korrupsiya əməlləri ilə bütün dünyaya faş olub:
"Demokratlar senatının anti-Azərbaycan mövqeli neçə nümayəndəsi, başda senator Menendez olmaqla hansı korrupsiya cinayətlərinə qarışdığı məhkəmə qaydasında təsbit edildi. Yaxud Avropa Parlamentinin vitse-spikeri deputatları ətrafında korrupsiya qalmaqalları hər kəsə bəllidir, belə olan halda hansı üzlə Azərbaycanda maliyyə şəffaflığı barədə danışa bilərlər?
Yaxud ölkə daxilində antimilli ünsürlər. Əli Kərimov yanında mühafizəçi ordusu saxlayır, hamısı da açıq formada pozucu, təxribatçı. Gündə bəyanat verir filan mühafizəçim saxlanıldı. İndiki dövrdə heç bir yerdə işi-gücü olmayan hansı adam ictimai əsaslarla mühafizəçilik edir? Sən hansı pulla saxlayırsan o mühafizəçiləri? Yaxud şəffaflıqdan yazan "jurnalistlər" var ki, bugün istintaq onların hansı korrupsiya mexanizminin iştirakları olduğunu üzə çıxarır.
Yəni öncə bunlara aydınlıq gətirilməlidir, idarəetmə sistemindən şəffaflıq tələb edənlərin özlərinin fəaliyyəti şəffaf olmalıdır ki, danışmağa dilləri olsun.
Mən bir daha deyirəm, Azərbaycan dövləti maliyyə intizamının, şəffaf idarəetmənin tam tərəfdarıdır və bütün nəzarət mexanizmlərinin effektiv fəaliyyəti üçün mexanizmlər işləkdir və işlək də olacaq. Biz bu məsələyə milli təhlükəsizlik konsepsiyamızın vacib hissəsi kimi baxırıq".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-04-2025